Çatma qaşlar: Mühafizəkar, batil inanışlıdırlar. Ətrafa uyğunlaşmaqda çətinlik çəkərlər. Nə vaxt necə rəftar edəcəkləri müəyyən deyildir.
Uzun qaşlar: Qaşları uzun olan insanlar özlərini çox bəyənmiş olurlar. Çox danışar və cəzasını çəkərlər. İçki və əyləncəyə həddindən artıq düşkün olarlar. Hər şeyə asanca inanarlar. Dəyişiklik arxasında qaçıb işlərinə laqeydlik edərlər.
Qaşları sıx və orta uzunluqda: Sevimli insanlardır. Balanslı davranışları vardır. Etibarlı insanlardır. Özünə edilməsini istəmədiyi şeyləri başqalarına etməzlər. Yoldaş və dostlara dürüst davranar, köməklərinə çatarlar. İş həyatında da müvəffəqiyyətli olarlar. Sağlamlıqları ümumiyyətlə mükəmməldir, uzun yaşayarlar.
Qaşlarının ucu incə: Ara qarışdıran fəsad olar. Dedi-qodunu çox sevər.
Qaşlarının arası açıq: Ətrafına yaxşılıq etməyi sevər. Uyğun və mehribandır.
Qaşları qövslü: Cazibədar könül oxşayan bir təbiəti vardır. Çox qəlb yandırar.
Qaşlarının arası bağlı: Çox qəmlidir. Utancaq və pessimistdir. Xoşbəxtlik uzağındadır.
Qaşları düz olanlar: Ağıllı və müvəffəqiyyətli olarlar.