Şahin


Ovsunlayıcı!

Mineral - Opal

Rəngi - Sarı

Budaqdan budağa atlayan. Sürətli inkişaf, dəyişmə tutumu. Düşüncə və duyğularında çox açıqdır. Açıq sözlü amma bəzən nə dediyini bilməyən. Yalana və yalançılığa dözümü olmayan. Qorxusuz. Müasir fikirli. Əsəbləşdikləri zaman təcavüzkar və çox təhlükəli. Asanca diqqəti dağılan. Enerjilərini istiqamətləndirməyə bacaranlar üçün yaxşı bir idarəçi. Möhkəm bünyəli. Həssas Nöqtə; Baş bölgəsi, tez tez görülən baş ağrısı. Hər kəslə razılaşan. Doyumsuz bir güc və enerji istəyi. Yer üzü işlərinə həddindən artıq meyl. Yoldaş canlısı, geniş bir ətrafı olan. Parıltılı, Təsir edici.Bu dövrdə dünyaya gələn insanların heyvanlar aləmindəki totemi şahin, bitkilər aləmindəki totemi yabanı kasnı və mədənlər aləmindəki totemi isə, atəş opalı olaraq bilinən, zərli opaldır. Uğurlu rəngləri, sarıdır. Opal qədim zamanlardan bəri ümid simvolu olaraq istifadə edilər və üstündə bu daşı daşıyan insanların görünməz olacağına inanılardı. Opal əsrlər boyunca aristokratizmin simvolu olaraq qəbul edilmişdir. Amma bir dövrdə də uğursuz olduğu inancı yayılmışdır. Şahin insanına, daşı kimi, sözcüyün konkret ya da mücərrəd mənasıyla isti və daimi gərginliyin olduğu yerlərdə rast gəlinə bilər. Bu bürcün insanı istini və Günəşi sevər. Sıx hərəkət olan yerlərdən, ruhi, fiziki və romantik enerjilərinin çətinliyə məruz qalmasından xoşlanar. Daşı kimi Şahin insanı da məsaməlidir; səhv düşüncələrə qapıldığı ya da səhv əlaqə qurduğu zaman sürətlə kədərlənib, dərdlənər. Çox açıq ürəkli bir insandır, hər yeni düşüncə və fikiri mənimsəyib hərəkətə keçməyə hazırdır. Bəzən sonradan özü üçün zərərli ola biləcək işlərə də qarışa bilər. Əgər səhv mühitdə və gərginlik altında qalsa, eyni daşı kimi çatlayar, özünə atəş və parıltı verən həyat gücünü itirə bilər. Şahin insanı daşı opal kimi, ya dayanmadan ətrafına alovlu bir enerji yayar, ya da içindəki atəşin parladığı zamanlarda şimşək kimi çaxar. Fərdi duyğularının bir simvolu kimi olan Ay ilə əlaqələri, işini bir az çətinləşdirsə də, enerjisini istifadə etməyi öyrənmək üçün buna ehtiyacı vardır. Bu bürcün insanının atəşi, ümumiyyətlə digər insanlardan daha güclü və sıx olan duyğu dünyasından gəlir. Amma açıqlığı, aydınlığı sevdiyi üçün, özündə və başqa kəslərdəki kompleks duyğular onu qorxudar. Bitkilər dünyasındakı totemi yabanı kasnı, dərhal hər yerdə yetişən və insanlar tərəfindən köküylə sökülüb alınan bir bitkidir. Şahin insanı da budaqdan budağa atladığı üçün, yabanı kasnı kimi hər yerdə meydana çıxmaq xasiyyətindədir. Bu bürcün insanının enerjiləri ilə necə davranmaq lazım gəldiyini bilməyən və bu kəslərin sevərək çalışdıqları sahələrdə nə qədər faydalı olacaqlarını görə bilməyənlər, onların bu xasiyyətindən narahat ola bilərlər. Tükənməz enerjisi, bu enerjini istiqamətləndirib istifadə etməyi bilən kəslərin əlində çox faydalı bir gücə çevrilə bilər. Bu insan, özünü anlayan və ona zaman ayıranlar üçün həqiqi bir xəzinə kimidir. Heyvanlar aləmindəki totemi Şahin, sürətlə hərəkət edən, yırtıcı və əslində bütün digər quşlardan fərqli bir quşdur. Yuvasını ümumiyyətlə yüksək ağacların ya da yüksək qayalıqların təpəsinə qurar. Səmada inanılmayacaq qədər uzun müddət qala bilən bu quşun, quyruğuyla bədəni arasında maraqlı bir bucaq meydana gələr. Bu dövrdə dünyaya gələn kəslər, Şahinlər kimi, görkəmli insanlardır. Hər vaxt fiziki deyilsə belə, ruhi bir görkəmləri vardır və qanadlarını geniş bir bucaqla aça bilərlər. Bu bürcün insanı davamlı olaraq yeni işlərin, yeni proyektlərin, yeni düşüncə axınlarının arxasınca qaçan usta bir ovçudur. Totemi Şahin kimi, parlaq və qaranlıq dövrlər keçirərlər. Parlaq dövrlərində şəndir, qarşılaşdığı hər şeyə açıqdır. Qaranlıq dövrələrdə isə, tənhalığa çəkilər. Həyatın özünə niyə belə əyri göründüyünü tapmağa çalışar. Şahin insanı ümumiyyətlə qorxusuzdur. Dünyanın "zınqırovlu ilanı" olaraq gördüyü kəslərə qarşı, öz təhlükəsizliyini heç düşünmədən hərəkətə keçirməyə hazırdır. İkiüzlü ya da haqsız hesab etdiyi insanlara qarşı çox səbirli ola bilməz. Qarşısındakı istəsə də istəməsə də, düşüncələrini üzünə qarşı dümdüz söyləyər. Şahin bürcü doğuşdan yoldaş canlısı və yaxşı dolanılan bir insan olduğu üçün, dərhal hər kəslə çox asan uyğunlaşa bilər. Ancaq Nərə balığı və Bayquş ilə çox tez dostluq qura bilər. Maral, Qarğa və Su samuru ilə də rahatlıqla razılaşar. Fərdi inteqrasiya olunma üçün Qarğa ideal yoldaşıdır.
Rambler's Top100
X

Saytımız xoşuna gəlir?

Dəstəyini Göstər. FANımız ol!