Altıncı hissi çox qüvvətlidir. Yaxşılıq etməyi sevər. Təbiəti sevər. Mətbəx maraq sahəsidir. Yemək bişirməyi sevdiyi kimi yedirməyi də çox sevər. Dostları çoxdur. Kaprizlidir. Ağıllı və cəsurdur. Ona etiraz etmək çətindir. Təhlükəli vəziyyətlərdə səhv qərarlar qəbul etməyə meyllidir. Özlərini başqalarının yerinə qoya bilmə qabiliyyəti var. Həddindən artıq qorxusuzluq nəticəsində təhlükəli işlərə girişmə qabiliyyəti də var. Həmişə yeni planlar qurar. İlk addımları atarkən qərarsızdir. Azadlığına düşkündür.Bu dövrdə doğulan insanların heyvanlar aləmindəki totemi su samuru, bitkilər aləmindəki totemi telli qovaq və minerallar aləmindəki totemi isə, gümüşdür. Uğurlu rəngləri gümüş rəngidir. Bu bürcün insanları mineralları gümüş kimi, hər kəs tərəfindən sevilən və sayılan insanlardır. Gümüş hər formaya girə bilən, yumşaqlığı, parlaqlığı və gözəlliyi ilə ilk çağlardan bu yana insanların çox dəyər verdiyi bir elementdir. Su samuru insanları da mineral totemləri kimi, yaxınları və yoldaşları tərəfindən bəyənilən, sayılan və sevilən fərdlərdir. Eynilə gümüş kimi yumşaq xasiyyətli və asanca hər vəziyyətə uyğunlaşa bilən strukturları vardır. Bu bürcün insanı içində, insanlara duyduğu sevgidən gələn bir parıltı daşıyar və fiziki quruluşu necə olursa olsun, bu parıltı ona gözəllik verir. Su samurunun sirrli qabiliyyətləri də olduğu bilinməkdədir. Hissləri çox güclüdür və xarici görünüşünün altında yatan, insanları ucalda biləcək gerçəkləri tapıb ortaya çıxartmaq istər. Enerjisini yaxşı istifadə edə bilən Su samuru insanı, içindən ruhi güclərin axıb keçdiyini duyacaqdır. Ay ilə sirrli bir əlaqəsi olan bu adamın, dərin bir daxili dünyası vardır. Amma ümumiyyətlə bunu gizlətməyə çalışar. Duyğuları çox dərindir, lakin bunu da ətrafındakılara hiss etdirmək istəməz. Bəzi Su samuru insanları öz romantikliklərini intellektual yönləriylə örtmək istəyərlər. Bu bürcün insanı, dərin romantikliyini, çox sayda eşq əlaqəsinə girmək üçün də istifadə edər. Duyğularının dərinliyi və cazibədar şəxsiyyətinin köməyiylə asanlıqla özünə qarşı cinsi çəkə bilmə qabiliyyətindədir. Su samuru bürcünün bitkilər aləmindəki totemi, ağca qovaq olaraq da bilinən, telli qovaqdır. Yüngül bir yaz küləyi telli qovağın yarpaqları arasından əsib keçdiyində, kiçik zınqırovlar çalınırmış kimi səs verər. Susamuru insanı da telli qovaqdan, özünə yumşaq və uyğun şəkildə gələn xəbərdarlıqları, eynilə qovağın yarpaqları kimi yüngül və şirin bir melodiyayla ətrafına yaymağı öyrənə bilər. Totem, ayrıca bütün küləklərə sinə gərməyi və külək istər alçaqdan, istər yüksəkdən əssin, hər şərtdə qırılmadan elastik ola bilməyi də öyrədər. Yəni Su samuru insanı olduqca elastikdir. Enerjisinin hər zaman müsbət və nizamlı bir şəkildə axmasını təmin etmək üçün, bu xüsusiyyətini də qoruyar. Su samurları dənizdə və şirin sularda yaşayan, sevimli, insancıl və cana yaxın canlılardır. Ortaq bir həyat davam etdirən su samurları, uşaqlarına çox düşkün, ailə nizamı qura bilən, olduqca iştahlı, bir çox səs çıxara bilən heyvanlardır. Bu bürcün insanları da su samuru kimi, sevilən və axtarılan bir həyat yoldaşıdırlar, onlar da totemləri kimi, ağıllı, elastik, köməksevər və yaxşı ürəklidirlər. Fövqəladə danışıq qabiliyyətləri vardır və digər sahələrdə olduğu kimi, düşüncələri açıqlamaqda və sözlərdən istifadə etməkdə də çox ustadırlar. Susamuru insanı, digər bir çox istiqamətdən də su samuruna bənzər. Digər insanlara həyatda irəliləmələri və hörmətli bir mövqeyə gələ bilmələri üçün köməkçi olmağı mənimsəmişdir. Güclü hissləri və insancıl duyğuları, zamanının bir çoxunu digər insanlara köməkçi olaraq keçirməsinə səbəbdir. Yeni insanlar tanımaqdan və onlara da köməkçi olmaqdan böyük zövq alar. Bu bürcün insanı yumşaq, mehriban və itaətli təbiətdə olmasına baxmayaraq, qarşısındakının doğru yolu tapması üçün əsaslı bir "zərbə"yə ehtiyacı olduğunu düşünsə, bunu təmin etmək üçün zərbəni endirməkdən də qaçınmaz. Enerji axını düz olduğu müddətcə, heç bir zaman yalnız pislik olsun deyə, sərt davranışlar göstərməz. Fərdi intiqam arxasınca qaçan Su samuru insanına nadir olaraq rast gəlinər. Su samuru insanı dərhal hər kəslə çox yaxşı anlaşar və uyğunlaşa bilər. Xüsusilə Nərə balığı fərdləri ilə asanca inteqrasiya oluna bilər. Maral və Qarğa ilə də çox rahat əlaqə qurar. Şahin və Bayquş insanları da müsbət birlikdəliklər qura biləcəyi kəslər arasındadır.