Öz sahələrinə və şəxsi həyatlarına düşkündürlər. Romantik amma duyğularını göstərməyən insanlardır. Çətin güvənən və ehtiyatlıdırlar. Ruh ovçularıdırlar. Evinə düşkün və təklik duyğusu güclü. Hissləri yüksək. İti zəkalı. Ağla sığmaz bir xəyalpərəstlik. Küncə sıxışdıqlarında dava salan və cəld. Güvəndiklərinə bütün ürəyi ilə sevgi göstərirlər. Başa düşülməsi çətin, sirrli. Güclü hisslər. Duyğularını təzyiq altında tutma meyli. Başqalarının görə bilmədiyini görən. Romantik.Bu dövrdə dünyaya gələn insanların heyvanlar aləmindəki totemi puma, bitkilər aləmindəki totemi bağayarpağı və minerallar aləmindəki totemi isə, firuzədir. Uğurlu rəngləri firuzə rəngi olan, mavi - yaşıldır. Ən köhnə bəzək daşlarından biri olan firuzədə bir çox sirrli gücün gizli olduğu inancı vardır. Səmanın rəngini bu daşdan aldığına inanılardı. Firuzə daşıyan insanların qorunduqlarına dair də inancları vardı. Puma bürcü insanı da daşı kimi, bir çox fövqəladə gücə malikdir. Bu insanın təbii şəfaçılıq gücü çox inkişaf etmişdir. Köməkləriylə həyatın və kainatın müxtəlif sirrləri həll edilə bilər. Eyni firuzə kimi, Puma insanı da səma ilə əlaqəlidir. Həyatın bir çox sahəsində digər insanların fərqinə vara bilmədiyi şeyləri görə bilər. Amma gerçəyi tam olaraq anlaya bilməsi üçün, firuzə kimi yaxşı işlənmiş olması lazımdır. Əgər lazımlı həyat təcrübəsiylə özünü inkişaf etdirmə və cilalama mövzusunda möhkəm bir istəyə sahib ola bilməzsə, bu təbii gücü özünə qarşı çevrilər. Pumanın bitkilər aləmindəki totemi bağayarpağıdır. Bağayarpağı bir çox növüylə hər dərdə dərman bir bitkidir. Şəfalı yanıyla Puma insanına bənzər. Amma bağayarpağının da diqqətli istifadə edilməsi və Puma insanının ruhu kimi yaxşı işlənməsi lazımlıdır. Xüsusilə Pumanın ayaqlardan çəkdiyi problemlərə qarşı effektivdir. Bu bürcün uğurlu rəngi də, firuzə daşının rəngi olan, firuzəyidir. Axtarış içində olan, duyğuları güclü, özüylə mübarizə edən və melanxoliyaya uyğun bir insan rəngidir. Ləkəsiz saf bir mavi, mənfəətsiz, sənət yönümlü və ruhi duyğuların simvoludur. Maviylə yaşılın qarışığı, ruhla şəxsiyyət, yerlə göy arasında tarazlıq qurmaq üçün Puma insanına lazımlıdır. Puma, maviylə olduğu qədər yaşılla da qaynaşması lazım olduğunu unutmazsa, sevincini qorumağı, özünə lazımlı tarazlığı itirdiyində fiziki və ruhi dincliyinə yenidən qovuşmağı öyrənə bilər. Bu dövrdə doğulan insanların heyvanlar dünyasındakı totemi pumadır. Pişikkimilər arasında ən yaxşı dırmaşan heyvandır puma. Yuvasını ümumiyyətlə qayalıq bölgələrdə, dərin oyuqlarda ya da sıx kolluqlar arasında qurar. Pumanın zil və yüksək səsi vardır. Nadir qışqırar amma səsi də qorxuducudur. Çox yaxşı ovçu olan puma ətlə bəslənər. Ov tapa bilmədiyi zaman, daha kiçik heyvanlarla kifayətlənər. Bəzən bütün bir gün ya da bütün bir gecə ağacın ya da qayanın üstündə gizlənərək, ovunu pəncəsinə salana qədər gözləyər. Pumalar uyğunlaşdıqları zaman ümumiyyətlə dişiləri təsirli rolu boynuna götürər. Totemi puma olan insanların bu elit heyvana bənzəyən bir çox xüsusiyyəti vardır. Puma insanı da tez-tez ətrafıyla razılaşa bilmədiyi duyğusuna qapılaraq, öz düşüncə və ruh dünyasının zirvəsinə çəkilər. Çox duyğuludur, kiçik şeylərdən belə inciyə bilər. Eyni puma kimi, Puma insanı da öz içinə çəkilib, özü və dünya üzərinə düşünə biləcəyi bir sığınacağa ehtiyac duyar. Puma kimi yaxşı dırmaşma qabiliyyəti olan bu adam, insan ruhunun ucalıqlarına doğru irəliləmək istər. Puma kimi, bu bürcün insanı da, istər fərdi həyatının bir parçası olsun, istəsə iş və yoldaşlıq əlaqələrini əhatə etsin, öz sahəsini təyin etmək və xarici təsirlərə qarşı bağlamaq meylindədir. Xüsusilə iş öz fərdi duyğularına gələndə, Puma son dərəcə susqundur. Özünü yaxşı hiss etdiyi zaman ətrafındakılar onun söhbətindən çox xoşlanar, lakin bu dialoqlar əsnasında qarşısındakı adama yaxşıca güvənənə qədər, öz həqiqi mənliyiylə əlaqəli heç bir ipucu verməz. Başqalarının düşüncələrini sezmə qabiliyyətində olduğu üçün, digər insanların xoşlandığı ya da maraqlandığı mövzuları sürətlə qavrayar və onlara köməkçi olmaq məqsədiylə bu mövzulardakı görüş və düşüncələrini xoş bir ifadə ilə açıqlayar. Puma bürcü ən yaxşı Bozayı insanı ilə inteqrasiya olunar. Ağacdələn və İlanlar ilə də yaxşı anlaşar. Qunduz və Vəhşi qaz fərdləri də digər yaxşı razılaşdığı bürclər arasındadır.