Qərb astrologiyasında evlər və mənaları

Çox qədimdən insanoğlu səmaya maraq və həyəcanla baxmış, orada reallaşan hadisələri anlamağa çalışmış, ulduzlara mənalar yükləmiş, onları yerləşmələrinə görə əşya və ya qəhrəmanlara bənzətmişdir. İnsanlıq tarixinin ən köhnə elmləri beləcə doğulmuşdur. Ulduzların yerləşmələri sonrakı nəsillər tərəfindən sistemləşdirilmiş və qeydlər tutulmuşdur. Riyaziyyatın inkişafıyla gün və ay tutulmaları təxminən olaraq hesablana bilmişdir.

Astrologiya Babildə ən yüksək zirvəsini yaşamışdır. Detallı ulduz xəritələri çıxarılmış və məlumatlar diqqətlə yazılıb araşdırılmışdır. Bugünkü astrolojik məlumatlarımızın böyük əksəriyyətini babillilərə, kəldanilərə və digər orta şərq xalqlarına borcluyuq.

Ulduz xəritəsi ümumiyyətlə on iki bərabər qisimə bölünmüş bir dairədir. Bu qisimlərə "Səmanın Evləri" adı verilir. Həyatımızın fərqli sahələrini və şəxsiyyətimizin fərqli istiqamətlərini əks etdirirlər. Planetlər kainatda gəzərkən bu bölgələrdən yəni evlərdən keçirlər. Bəzi evlər işimizi, bəziləri ailəmizi, bəziləri isə sağlamlığımızı təsir edir. Evlər sırasıyla həyatı, fərdi rifahı, zənginliyi, qan bağını, uşaqları, sağlamlığı, evliliyi və həyat müddətini, ölüm vəziyyətini və mirası, zəka və xarakteri, həyatdakı mövqelərinizi, yoldaşlıqlar və müvəffəqiyyətləri, düşmənləri və tərs taleyi təmsil edər. Doğum anımızda planetlərin evlərdəki mövqeyi bürcümüzü, şəxsiyyətimizi, zehni qabiiyyətimizi və digər xüsusiyyətlərimizi təyin edər. Hər evə tıqlayaraq daha çox məlumat əldə edə bilərsiniz.

7. Ev


Yeddinci ev başqaları ilə olan bütün ikili əlaqələri yəni evlilik, iş ortaqlıqları, sizi təmsil edən vəkil vs. əhatə edər. Bu ev çoxlu adamın evlənəcəyi insan tipini təyin edər. Həyat yoldaşına və ortaqlara olan mövqeyini təyin edər. Eyni zamanda düşmənləri, iddiaları göstərir. Yeddinci ev zərif Venera və bürcü Tərəzi tərəfindən idarə olunur.
Rambler's Top100
X

Saytımız xoşuna gəlir?

Dəstəyini Göstər. FANımız ol!