Qərb astrologiyasında evlər və mənaları

Çox qədimdən insanoğlu səmaya maraq və həyəcanla baxmış, orada reallaşan hadisələri anlamağa çalışmış, ulduzlara mənalar yükləmiş, onları yerləşmələrinə görə əşya və ya qəhrəmanlara bənzətmişdir. İnsanlıq tarixinin ən köhnə elmləri beləcə doğulmuşdur. Ulduzların yerləşmələri sonrakı nəsillər tərəfindən sistemləşdirilmiş və qeydlər tutulmuşdur. Riyaziyyatın inkişafıyla gün və ay tutulmaları təxminən olaraq hesablana bilmişdir.

Astrologiya Babildə ən yüksək zirvəsini yaşamışdır. Detallı ulduz xəritələri çıxarılmış və məlumatlar diqqətlə yazılıb araşdırılmışdır. Bugünkü astrolojik məlumatlarımızın böyük əksəriyyətini babillilərə, kəldanilərə və digər orta şərq xalqlarına borcluyuq.

Ulduz xəritəsi ümumiyyətlə on iki bərabər qisimə bölünmüş bir dairədir. Bu qisimlərə "Səmanın Evləri" adı verilir. Həyatımızın fərqli sahələrini və şəxsiyyətimizin fərqli istiqamətlərini əks etdirirlər. Planetlər kainatda gəzərkən bu bölgələrdən yəni evlərdən keçirlər. Bəzi evlər işimizi, bəziləri ailəmizi, bəziləri isə sağlamlığımızı təsir edir. Evlər sırasıyla həyatı, fərdi rifahı, zənginliyi, qan bağını, uşaqları, sağlamlığı, evliliyi və həyat müddətini, ölüm vəziyyətini və mirası, zəka və xarakteri, həyatdakı mövqelərinizi, yoldaşlıqlar və müvəffəqiyyətləri, düşmənləri və tərs taleyi təmsil edər. Doğum anımızda planetlərin evlərdəki mövqeyi bürcümüzü, şəxsiyyətimizi, zehni qabiiyyətimizi və digər xüsusiyyətlərimizi təyin edər. Hər evə tıqlayaraq daha çox məlumat əldə edə bilərsiniz.

1. Ev


Sizinlə əlaqədar çox şey söyləyər, görünüşünüz, şəxsiyyətiniz və sizin üçün əhəmiyyətli olan şeylərdir. Bu ev xarici dünyaya göstərdiyimiz üzümüzü təmsil edər. Bu evə düşən bürc şəxsiyyətimiz üstündə söz sahibidir. Mənliyin, təbii meyllərin, enerji səviyyəsinin və yeni başlanğıcların evidir. Birinci ev təşəbbüskar, enerjili Mars və Qoç bürcü tərəfindən idarə olunur. Qeyd: Doğulduğunuz an üfüqdə yüksələn planet yüksələn bürcünüzü təyin edər. Qəti doğum anınızı bilirsinizsə birinci evinizi tapa bilərsiniz. Doğum xəritənizi bir astroloqa çıxartdırsanız və yüksələn bürcünüzdən əminsinizsə aylıq və illik şərhlərdə həm günəş bürcünüzü həm yüksələn bürcünüzü oxumalısınız. Yüksələn bürcünüz doğum anında əldə etdiyiniz və təbii olaraq çölə əks etdirdiyiniz xüsusiyyətləri göstərər. Buna görə eyni bürcdən olub çox fərqli xüsusiyyətləri olan insanlar vardır. Biz əslində yüksələn və günəş bürcümüzün qarışığıyıq.
Rambler's Top100
X

Saytımız xoşuna gəlir?

Dəstəyini Göstər. FANımız ol!