İsim analizi


Adınız:  


Müəllim

Sizin dünyanızın idarəçisi eşqdir. Və kainatdakı vəzifəniz də dünyaya bu fəlsəfəni öyrətməkdir. Məqsədiniz isə başqalarına kömək etmək... Gözəllik və uyğunlaşma nəfəs qədər lazımlıdır sizə. Ailə içində reallaşdırdığınız dincliyi, ətrafınıza, sonra da bütün dünyaya yaymaq məqsədlərinizin içində ən əhəmiyyətlisidir. Kobudluğa, bayağılığa, tərbiyəsizliyə əsla dözə bilmirsiniz. Musiqidən, gözəl sənətlərdən anlayırsınız. Həyatın gözəlliklərinə olan sevginizi bu sahələrdə mütəxəssisləşərək dilə gətirirsiniz. Özünüzdən çox başqalarını düşünmə xüsusiyyətiniz sizi gənclərin məsləhətçisi, yaşlıların sirdaşı və dünyanın müəllimi edir. Çox nadirən tənqid edirsiniz. Vəzifələrinizin sizə yüklədiyi məsuliyyət, əslində göründüyündən də ağırdır. Ancaq bu ağır vəzifələrin əhəmiyyətini çox yaxşı bilirsiniz. Həyatdakı vəzifələrinizi yerinə yetirərək böyük xoşbəxtliyə çata bilərsiniz.

Rambler's Top100
X

Saytımız xoşuna gəlir?

Dəstəyini Göstər. FANımız ol!