Atəş (火 - huo)


Yüksəlmə və çiçəklənmə dövrünü göstərir. Bu dövr enerji və odla doludur. Atəş metalın dağıdıcı elementi, torpağın yaradıcısı sayılır. Atəş Elementi olaraq doğulanlar macəra və həyəcan sevər; onların dinamik şəxsiyyətləri var və mükəmməl liderlər ola bilərlər. Onlar rəqabətçi və narahat ola bilərlər. Atəş Elementli insanlar olduqca maqnetik cazibəyə sahib olma meylindədir. Onlar digərlərindən uzaq, tənha qalmağı sevməzlər. Onlar sevdikləriylə güclü bağlar meydana gətirməyi seçər. Atəş etibarlı və özündən əmin biridir. Onlar yeni bir şey kəşf etməyi sevər. Parlaq və istiqanlıdır, ayrıca qərarlı və dramatikdir. Onlar həyatda istədiyi şeyləri əldə etmə mövzusunda aqressiv ola bilərlər. Onlar qabiliyyətli natiqlərdir. Onlar ağıllıdır və digərlərinin bunu bilməsini istəyirlər. Onlar həddindən artıq həssas ola bilərlər. Əgər səbirli və şəfqətli olmağı öyrənə bilsələr bu onlar üçün çox yaxşı olacaq. Atəş Elementinə sahib insanlar eqoist və düşüncəsiz də ola bilər. Onların işlərinə maneə törədildiyi zaman səbirsiz olarlar. Lakin maneələri zorla aradan qaldırmağa çalışdıqları zaman, daha çox maneə ilə qarşılaşacaqlar. Atəş Elementi Cənubu və yaz mövsümünü təmsil edər. Atəşin ən diqqətə çarpan rəngi qırmızıdır. Bu isə qan dövranı sistemi və ürək ilə əlaqəlidir. Onlar çox yüksək istilikdən və həddindən artıq romantikadan uzaq dayanmalıdırlar.
Rambler's Top100
X

Saytımız xoşuna gəlir?

Dəstəyini Göstər. FANımız ol!