Venera

Venera

Eşq, gözəllik, sənət gücü, zəriflik, sülh sevərlik, şəhvət, bəzək, cazibə və seksilik…


Venera ya da digər adıyla Afrodita, cazibədarlıq, ehtiras, istək və sonsuz eşq ilahəsidır. İnsanların ilk çağlarında Venera, gəncliyi, dişiliyi və gözəlliyi göstərirdi. Venera duyğuları, eşq həyatını, şəhvəti idarə edir. Əfsanəvi dişi planet Venera eyni zamanda gözəlliyi, modanı, incəsənəti təmsil edir və həyatımızı gözəl şeylərlə doldurur. Musiqi dinləmək, ləzzətli yeməklər yemək, bihuşedici bir ətir iyləmək, möhtəşəm bir sərgi gəzmək ya da sevgilinizi başdan çıxartmaq üçün fürsətlər yaradır. Venera günəş kimi həyat verən bir planet deyil amma onsuz bir dünya qapqara və rəngsiz olardı. Venera zövqlərinə düşkündür. Lakin əxlaqi dəyərlərə əhəmiyyət verməz. Onu dayandıran isə Saturndur. Veneranın təsiri ilə zövqlərinizdə ifrata meyl edə bilərsiniz. Çox yemək yemək, içki içmək, çox pul xərcləmək ya da tez tez sevgili dəyişdirmək kimi sonradan peşman olacağınız hərəkətlər edə bilərsiniz. Merkuri kimi Venera da günəşə yaxındır. Hər bürcdə 2-3 həftə qalsa da geri getdiyi zamanlarda bir bürcdə 4 ay qala bilər. Venera Buğa və Tərəzi bürcünün hamisidir.

ILK-10 Azeri Website Directory Rambler's Top100
X

Saytımız xoşuna gəlir?

Dəstəyini Göstər. FANımız ol!