Ay

Ay

Dərin duyğular, yuva sevgisi, hisslər arasında tərəddüd etmə, qərarsızlıq, küsəyənlik, qoruyuculuq, gizli düşüncə və duyğular…


Ay, dünyamızın bir peyki olduğu və bizə digər planetlərdən çox daha yaxın olduğu üçün həyatımız üzərində birbaşa bir təsiri olduğundan xəbərdarıq. Xüsusilə Ayın suların qabarması və çəkilməsi yəni qabarma-çəkilmədən məsul olduğunu bilirik. Elm, Ayın bütün mayelərə təsir etdiyini ortaya qoymuşdur. Bədənimizin böyük qisimi də sudur və dolayısilə Ay bizə birbaşa təsir etməkdədir. Bir ulduz xəritəsində Ayın mövqeyi çox əhəmiyyətlidir və o insanınn həyat qarşısındakı tutumunu, şüuraltı reaksiyalarını və güclü təməl davranışlarını göstərir. Bəzi vəziyyətlərdə Ay daha güclü bir mövqedədir və təsirləri Günəşin olduğu bürcün xüsusiyyətlərindən daha diqqətə çarpan ola bilər. Bir insanın digərləri üzərində buraxdığı ilk təsir Ayın onun ulduz xəritəsindəki mövqeyi haqqında məlumat verə bilər. Ay sizin daxili xarakterinizi, gizli qalmış istiqamətlərinizi, yalnız sizi çox yaxından tanıyanların bildiyi şəxsiyyət xüsusiyyətlərinizi təmsil edər. Ay ümumiyyətlə duyğuları təmsil edər. Ay sizin ən dərin duyğularınızı, instinktlərinizi, hisslərinizi, həyəcanlarınızı və reaksiyalarınızı ortaya çıxarar. Eyni zamanda şəxsi həyatınızı, ev mühitinizi idarə edər. Ay dişidir; ananızı və həyatınızda əhəmiyyət daşıyan qadın xarakterləri idarə edir. Yoldaşınız, qız dostunuz, qadın müdiriniz, keçmiş həyat yoldaşınız, nənəniz və qızınızın idarəçisidir. Günəş sizin gələcəyinizi təmsil edərkən Ay isə keçmişinizi təmsil edər. Ay sizin köklərinizi, hissi inkişafınızı, duyğularınızın əsasını idarə edər. Duyğularınızı necə aşkar etdiyiniz isə digər planetlərin Ayla meydana çıxardığı bucaqlarla aydın olacaqdır. Xüsusilə qadınsınızsa ulduz xəritənizdəki ay sağlamlığınızla əlaqədar əhəmiyyətli ipucları verəcəkdir. Ay dünyadakı bitkilərin böyüməsinə səbəb olduğundan məhsuldarlıqla da əlaqədar sayılır. Astrologiyada Ay Yengəc bürcünü idarə edir. Bu bürc analıq duyğusunu göstərməkdədir. Bədəndə də Ay sinə, mədə və həzm sistemi ilə əlaqədardır. Hər planetdə 2-3 gün qalar və 28 gündə zodiak dövrünü tamamlayar. Yeni ay doğulduğu zaman başlanğıclar, yeni şeylər üçün ən uyğun zamandır. İki həftə sonra bütöv ay olduğu zaman isə (xəritənizdəki düşdüyü yerə görə) yığım yəni hadisələri nəticələndirmə zamanıdır.

ILK-10 Azeri Website Directory Rambler's Top100
X

Saytımız xoşuna gəlir?

Dəstəyini Göstər. FANımız ol!