Yupiter

Yupiter

Tale, zənginlik, genişləmə, bərəkət, yüksəlmə arzusu, geniş fikirlilik, yetkinlik, optimizm, nüfuzla yaxşı əlaqələr qura bilmə, sevinc...


Mifologiyada tanrıların atası olaraq bilinən Yupiter sevinc, bolluq, zövq, zənginlik verən bir gücdür. Astrologiyada bu planet ən böyük köməkçi, ən çox yaxşılıq edən güc sayılır. Toxunduğu hər şeyə bolluq verən Yupiter şans planetidir. Ulduz xəritəsində keçdiyi evlərə (o evlərlə əlaqədar mövzularda) bolluq verər. Yupiterin doğum xəritəsindəki mövqeyi adamın zövqə olan düşkünlüyünü ifadə edir. Yupiter varlıq, zənginlik və maddi qazancları idarə edir. Həmçinin görüş, optimizm, inanc, sədaqət, ədalət, güvən və ağıl gətirir. Yupiter ağlın və işlərin inkişafını göstərir. Onun üçün də din, fəlsəfə kimi mövzularla ticarət, iqtisadiyyat kimi mövzular Yupiterə bağlıdır. Günəş sistemindəki bütün planetlərin cəmindən (günəş xaricində, o ulduzdur) daha böyük olan Jüpiterə bolluq planeti deyilir. Böyük bir şəkil çəkərək sizində hər mövzuda böyük düşünməyinizi istər. Bəzən Yupiter keçdiyi evlə əlaqədar mövzularda daha dərin mənalar axtararaq filosofluq etməyinizə səbəb olur. Təhsili, xüsusilə ali məktəb təhsilini dəstəkləyir. Uzaq səfərlərdə təhsil evinin bir parçasıdır və Yupiter xəritənizdə hərəkətə keçdiyi zaman müxtəlif səbəblərlə uzaq səfərlərə çıxa bilərsiniz. Yupiter, bədəndə qaraciyəri və hipofiz vəzini idarə edir. Astrologiyada Oxatan bürcünün hamisidir. Zodiakdakı dövrünü 12 ildə tamamlayar və bir il boyunca olduğu bürcə şans paylayar.

ILK-10 Azeri Website Directory Rambler's Top100
X

Saytımız xoşuna gəlir?

Dəstəyini Göstər. FANımız ol!