Merkuri

Merkuri

Zəka, cəldlik, şirinlik, maraq, ünsiyyət qabiliyyəti, ifadə gücü və ticari fəaliyyətlər…


Mifologiyada Merkuri, tanrıların xəbərçisi olaraq bilinirdi. Astrologiyada bu planet xəbərləşməyi təmsil edir. Hər cür söhbət, yazı, səfər bu planetin rəhbərliyindədir. Davamlı olaraq yeni məlumatlar əldə edən, son dərəcə sürətli və hər vəziyyətə asan adaptasiya ola bilən bir planetdir. Merkuri məntiq, anlayış və fikiri təmsil edir. Merkurinin ulduz xəritəsindəki mövqeyini, xəritə sahibinin necə bir zəka və sinir sisteminə sahib olduğunu, intellektual səviyyəsini göstərir. Bədəndə Merkuri, sinir sistemini, ağciyərləri və tiroid vəzini idarə edir. Hər növ məlumat, öyrənmə və nəqliyyat merkuri tərəfindən idarə edildiyi üçün merkurinin geri getdiyi zamanlarda ünsiyyətdə axsaqlıqlar meydana gəlir, səhv anlaşmalar imzalamaq, əhəmiyyətli qərarlar qəbul etmək üçün yaxşı bir dövr deyildir. Bu planet danışmağı və fikirlərin necə ifadə edildiyini idarə edir. Merkurinin olduğu ev, sizin məlumatı necə yığıb payladığınızı söyləyir. Merkuri tərs bucaqlarda olduğu zaman digərləri fikirlərinizə qarşı çıxa bilər ya da həddindən çox danışa bilərsiniz. Ulduz xəritənizdəki digər planetlərlə müsbət bucaqlar altında olduğu zaman isə yeni razılaşmalar, müqavilələr bağlamaq, yeni bir avtomobil almaq hətta konfrans vermək üçün yaxşı bir zaman olacaqdır. Merkuri eyni zamanda yaxın qohumları, xəritələri, məktubları, poçtu, səyahəti, planları, görüşləri, yolu, nəqliyyat vasitəsilərini, reklamçılıq, nümayişçilik, satış, xalqla əlaqələri və internet üzərindən verilən xidmətləri idarə edir. Virtual dünyanın yaradıcısı isə Dolçadir. Tələsik məktub, kuryer xidmətlərinin də hamisi Merkuridir. Astrologiyada Merkuri, Əkizlər və Qiz bürclərini idarə edir. Merkuri hər bürcdə 2-3 həftə keçirir. Lakin geri qayıtdığı zamanlarda bir bürcdə 10 həftə də qala bilər. Zodiakdakı dövrünü bir ildə tamamlayarkən, günəşdən heç bir zaman uzaqlaşmaz.

Rambler's Top100
X

Saytımız xoşuna gəlir?

Dəstəyini Göstər. FANımız ol!