Sevimli Dolça 2014 ilin ilk yarısı ağlınızı maddi mövzulara vermək, xüsusilə də borc, alacaq, kredit və s. mövzularda tənzimləmələrə gedərək fayda təmin edə bilərsiniz. Köhnə hesabları nəzərdən keçirmək doğru bir hərəkət olacaq. Bu il dost mühitinizdə də dəyişiklik ola bilər, yeni dostluqlar, yoldaşlıqlar quracaqsınız. Bu il sizə motivasiya qazandıracaq dostlar seçəcəksiniz. Keçmiş illərdə; yoldaşınızın və ya sevgilinizin romantik eşq nümayişləri və romantik paylaşmalarınız kafi idi. Artıq, bu cür mücərrəd şeylərin xaricində, həyatınızda daha konkret obyektivliklərə yer verəcəksiniz. Tək yaşayanlar üçün isə, Fevral - Mart dövründə eşq səfərləri gündəmə gələcək.

Yanvar - Fevral aylarında pul və maddi mövzularda çətinliklər yaşaya bilər, həm qazanmaqda çətinlik çəkə bilər, həm də var olanları qiymətləndirmə mövzusunda narahat ola bilərsiniz. Dincliyinizi və təhlükəsizliyinizi təhdid edəcək mövzularda tutumlu davranmaq çox faydalı olacaq. Mart etibarilə pulunuzu, borc və alacaqlarınızı, əlaqələrinizi qiymətləndirmə zamanıdır. Gözləyən və ala bilmədiyiniz borc, aliment, miras, geri ödənişlər varsa bu mövzularda şanslı olduğunuzu görəcəksiniz. Ortaq şəkildə etdiyiniz işlər varsa, olduqca müvəffəqiyyətli ola bilərsiniz. Ortaq qazanclarınıza bağlı fərqli və maraqlı qərarlar ala bilərsiniz. Ani qərarlar alaraq pul qazandığınız işdən ayrıla bilər, borc alaraq riskə girə bilərsiniz. Qazanc - Zərər tarazlığını yaxşı tutduraraq bu dövrdən keçməyi təcrübə edə bilərsiniz. İyulda bəzi səyahətlərinizin ləğvi yaşana bilər. Avqustdan sonra pul və sərmayə hadisələri çox sıx yaşanacaq. Bəziləriniz bir miras, bəziləriniz isə borc alıb vermə ilə məşğul olacaq. Ödəmələr və bəzi maddi gözləmələrinizə söykənən bir xəbər və ya alacağınız bir qərara müsbət cavabı Avqust sonuna doğru edəcəyiniz görüşmələrlə ala biləcəksiniz. Bəzi maddi qazanclar reallaşacaq. İqtisadi həyatınızı davam etdirmək üçün etdiyiniz işlər, özünüzü yetişdirmək üçün göstərdiyiniz səylər müsbət nəticə verəcək və ətraf əlaqələrinizdə sizi xoşbəxt edəcək inkişaflara səhnə olacaq. Fərdi xərcləriniz artacaq. Xarici görünüşünüzə pul xərcləyə bilərsiniz. Ancaq bu il ümumi xərclərinizin daha çox eviniz üçün olacağını söyləyə bilərik. Büdcənizin böyük hissəsini mətbəx xərclərinə və ev əşyalarına ayıra bilərsiniz. Oktyabr əsas etibarilə ətrafınızdakı kəslərlə ortaq qərarlar aldığınız və qısa səyahətlərdən bəhs edilən bir dövr olacaq. Səyahətlərdə qarşılaşacağınız kəslərlə əyləncəli saatlar keçirə bilərsiniz.

Ürəyi boş olan Dolça bürcləri, siz içinizdə bəzi qorxular, təklik duyğusu yaşasanız da, Mart etibarilə ikili əlaqələrdə müvəffəqiyyətə nail ola bilər, qarşı tərəfdən gələn istiqamətləndirmələrə dəyər verə bilərsiniz. Aprel sonrası bəziləriniz bir anda evlənmək istəyəcək və var olan əlaqə bir anda ciddiləşəcək. Bu dövrdə tək olan Dolçaların qarşısına yeni biri çıxa bilər, bu adama güvənmə mövzusunda narahat olsanız da, məhəbbətin cazibə qüvvəsinə məğlub olacaqsınız. Bəziləriniz uşaq sahibi olmaq istəyə bilər, ya da bunu uzun zamandır düşünmüş ola bilər. Sevdiyi adamı uzaqda buraxan ya da iş səyahətinə bənzər səbəblərlə ayrılıqlar yaşayan bəzi Dolça bürcləri üçün bu ayrılıqların eşqlərini təzələmə fürsəti olacağını söyləsək yeridir, çünki bu ayrılıqlardan sonra həsrət dolu qucaqlaşmalar olacaq. Evli və əlaqəsində problem yaşayan Dolçalar üçün evliliyinizi nəzərdən keçirdiyiniz, bəzən yoldaşınızı tənqid etdiyiniz bir il olacaq. Qarşınızdakı adamı dəyişdirə bilməyəcəyinizi anlamalısınız, xüsusilə uşaq sahibi Dolça qadınları yoldaşlarının uşaqlara qarşı maraqsız olmasından şikayət edə bilərlər. Başınızda min bir növ düşüncə meydana gələcək. Yoldaşınızla olan mübahisələrdə istifadə edəcəyiniz sözlərin əhəmiyyətli olduğunu da unutmayın. Yoldaşınızla aranızdakı mövzulara iki tərəfin ailəsinin də müdaxilə etməməsi lazımdır. Bunu söyləyək, küsəyənliklərinizdən sıyrılmalısınız. Həmişə geri addım atan tərəfin özünüz olduğunu düşünürsünüz, ancaq belə edərək yalnız üzülməyə davam edərsiniz, bunu unutmayın. Bir də üçüncü, dördüncü kəslərin söylədiklərinə çox fikir vermədiyiniz təqdirdə daha dinc olacaqsınız. Laqeydlik edilmiş hissinə qapıla bilərsiniz, narahat olmayın, keçici bir dövr, hər şey dörd dördlük olmasa da bu il problemləri daha aza endirəcəksiniz.

Enerjinizdən düzgün istifadə etməlisiniz, özünüzü çox yormayın. Bu il istirahət etmək böyük əhəmiyyət qazanır. Fiziki enerjinizi gücləndirməlisiniz. Mədə və bağırsaq problemləri ortaya çıxa bilər. Xüsusilə yeni ildən Marta qədər olan dövrdə sağlamlığınıza diqqət göstərməniz lazım gələ bilər. Tiroidlə əlaqədar problemi olanlar laqeyd yanaşmasın.

Rambler's Top100
X

Saytımız xoşuna gəlir?

Dəstəyini Göstər. FANımız ol!