2018

Dog.png


Keçən İl Bu İl

2018 Sarı İt İlində Çin bürcünüz nələrdən xəbər verir?

Bu il, Sarı İt İli olaraq adlandırılmışdır, çünki əsas elementi torpaqdır.

Torpaq elementi

Ümumiyyətlə Sarı İt İli, Siçan, Öküz, İlan, Keçi və Xoruz illərində doğulan insanlar üçün məhsuldar və mükafatlandırıcı bir dövr ola bilər. Pələng, Dovşan, Əjdaha, At və Donuz illərində doğulanlar üçün mülayim bir il olması mümkündür. Bununla birlikdə, İt və Pələng ilində doğulanlar bu ildə çox vaxt diqqətli olmalılar.

Siçan İlində doğulanlar üçün 2018 Sarı İt ili eşq üçün çox yaxşı bir il olmayacaq. 2018-ci ildə eşq həyatınız üçün bir çox sürpriz var, bir çox dəyişmə periodu olacaq, ancaq ümumiyyətlə, işlərin sonu yaxşı olacaq. Siçan ilində doğulanlar üçün, ən azı ilin ilk hissəsində maliyyə müvəffəqiyyətləri olmayacaq. Maliyyə qərarları verərkən çox diqqətli olmalı və məsuliyyət və yetkinlik göstərməlisiniz. Bu müddətin sonunda gəliriniz artacaq və bu yalnız işə olan bağlılığınıza görə reallaşacaq. Çox təəssüf ki, eyni şey sağlamlığınız üçün deyilə bilməz. Böyrəklərinizə, qarın ağrısına diqqət yetirin və həddindən artıq işləməmək üçün hərdənbir ara verin.

Öküz İlində doğulanlar üçün 2018 Sarı İt İli nümayiş ili olacaq. Vəfalı və sadiq olmasına və eyni şəkildə qarşılıq verə biləcək birinə ehtiyac duymasına baxmayaraq, Oküzün İt ilində sevgili tapması olduqca çətin olacaq. Oküz simvolu altında doğulanlar bu il yalnız müvəffəqiyyət qazanacaqlar və bu onların ağır zəhmətinin nəticəsi olacaq. Özünüzə kiminsə vəya nəyinsə əngəl olmasına icazə verməyin, hədəfinizdən sapmadan planınıza sadiq qalın. İsbatlanmış əzminiz, layiq olduğunuz bütün tərifləri qazanmanıza və həm də əhəmiyyətli maddi qazancların əldə edilməsinə kömək olacaq. Həzm sisteminizdə, xüsusilə də mədədə problem olmamasına diqqət edin. Daha çox məşq etsəniz bu il yaxşı olar. Diqqətsizlik üzündən insanları narahat edə bilərsiniz. Bunu etməməyə çalışın, çünki ilk qələbələr sizin tərəfinizdə olsa belə vəziyyət bundan sonra tərsinə çevriləcək.

İt çox sadiq bir heyvan olduğuna görə, Pələng İlində dünyaya gələn insanlar 2018 - ci ildə itlərdən daha sadiq olmalıdır. Pələngin əlaqə vəziyyətindən asılı olmayaraq - istər tək başına olsun ya da münasibət içində olsun, eşq həyatı 2018 - də olduqca yaxşı olacaq, ulduzlar onun üzünə güləcək. Pələng illərində doğulanlar, xərcləmə vərdişləri söz mövzusu olduğunda daha diqqətli olmalı və nəyisə almazdan əvvəl iki dəfə düşünməlidirlər. Onlar çalışqan və iddialı olacaq və mümkün olduğu qədər çox qazanmaq üçün döyüşəcəklər. Karierinizdə problemlər və rəqabətlə qarşılaşacaqsınız. Qısa müddətdə hər şeyi itirmək fikri daima sizi narahat etməlidir, əks halda sıfır nəticə üçün iş görmə riski daşıyacaqsınız. Qəzalara, qaraciyər və tənəffüs problemlərinə diqqət yetirməlisiniz.

2018 Sarı Dağ İti ili, Dovşan İlində doğulanlar üçün populyarlıq və cazibədarlıq vəd edir. Dovşan eşq həyatında arzu edilən müvəffəqiyyəti yaşamayacaq. Dovşan yeni bir əlaqə yaratma şansına sahib olacaq, ancaq bu çox uzun sürməyəcək. Dovşan illərində doğulmuş insanlar bu dövrdə çox çalışacaqlar, çünki ən böyük arzuları istədikləri hər şeyə sahib olmaq və hər şeyə gücü çata bilməkdir. Pulu israf etməkdən qaçınmalıdırlar, çünki xüsusilə il sonuna qədər hər şeyi itirmə riski altındadırlar. Qəzalarınız bir yara izi buraxa biləcəyindən üzünüzə və ya başınıza diqqət yetirin. Sinir sistemi, qaraciyər, qollar və qıçlar da bu il problemli əzalarınızdan olacaq.

Əjdaha İlində doğulanlar üçün 2018, rifah və xoşbəxtliklə təyin olunan bir il olacaq. Əgər bir münasibəti varsa, Əjdaha bu il əsl eşq hekayəsi yaşamaq şansına sahibdir. Həm özü həm də sevgilisi mükəmməl bir uyğunlaşma içindədir və əlaqələrini daha da böyütmə şansına sahib olacaqlar. Əjdaha pul yerinə, ictimai mövqe üçün döyüşəcək, ancaq bu əslində hər iki istiqamətə yönümlüdür. Onların özünə inamı müvəffəqiyyətlərini tətikləyəcək, xüsusilə də Əjdaha qeyri adi fürsətləri cəzb edəcək. Nə vaxt dayanmanız lazım gəldiyini bilmək lazımdır, çünki daha çoxuna sahib olma arzusu o nöqtəyə qədər əldə etdiyiniz hər şeyi itirməyə apara bilər. Ancaq sağlamlığınız baxımından dietinizə diqqət yetirməniz lazımdır; kardio vaskulyar problemlərə səbəb ola biləcəyindən, spirtli içki və ya narkotikadan istifadə etməməniz lazımdır. Hamısından əhəmiyyətlisi, sağlamlığınızı müntəzəm idmanla zəmanət altına almaqdır.

İlan ilində doğulan insanlar 2018 - dəki şanslı vəziyyətləri qaçırmamalıdırlar. İlan duyğularını incitməkdən qorxar, buna görə də yeni ildə diqqətli davranacaq. Yeni bir münasibətə başlamağa olan marağı sıfırdır və bu səbəblə ona təsir etmək çox çətin olacaq. İlan illərində doğulan insanlar son olaraq, keçən il gördükləri işin ilk nəticələrini əldə etməyi bacaracaqlar. Bu nəticələr həm maddi həm də mənəvi olacaq. Sevimli İlanlar, hər vəziyyətə uyğunlaşın və dəyişikliklər üçün hər vaxt hazır olun, çünki bu vəziyyətlər tez tez ortaya çıxacaq. Hirsinizin öhdəsindən özünüz gələcəksiniz amma daha çox məşq edərək əzələlərinizi incitməməlisiniz. Artrit, çiyin, qol və qıç ağrısına diqqət yetirin.

Bir müddət çətinlik çəkdikdən sonra 2018 Sarı İt ili At ilində doğulanlar üçün bir irəliləyiş ili olacaq. Atın yeni ildə diqqətli davranması lazımdır, əks halda mövcud münasibəti itirmə riski daşıyacaq və ya yeni bir münasibət qurmağa çalışarkən çətinlik çəkəcək. At ilində doğulan insanlar, bu dövrdəki ulduzlardan müsbət bir şəkildə təsirlənəcəklər. Bu il sərmayələr üçün yaxşı bir il hesab olunur, çünki nəticələrin ortaya çıxması üçün çox gözləmək lazım gəlməyəcək. Atlar büdcələrini idarə altında tutmağa və həddindən artıq xərcləməməyə diqqət yetirməlidirlər. Alış - veriş siyahısından sapmamanız ən yaxşı həlldir. Bədəninizi fiziki olaraq çox yükləməməyə çalışın. Yaralanmalar və yaralanmalarla nəticələnən qəzalar üçün risk olacaq. Əlavə olaraq təmiz hava qəbul etmək də yaxşı fikirdir. Bu il fürsətləri qaçırmamanız təklif edilir.

Keçi İlində (qoyun) doğulanlar 2018 Dağ İti ilinin səhnəsində olacaq və tənbəlliklərini bir tərəfə buraxacaqlar. Eşq mövzusuna gəlincə, Keçinin davranışı çox da düzgün deyil. İşyerindəki stress, həyatlarındakı digər detallara diqqət yetirməyə uyğun olmayan ruhi vəziyyətin olmasının əsas səbəbi ola bilər. Keçinin ciblərini doldurma şansı var, ona görə də bu fürsətləri qaçırmamaları lazımdır. Bu il onlar əsasən pul qazanmağa, amma çox pul xərcləməməyə qərar verəcək. Onların planları birinci yerdə və görkəmli olacaq. Sağlamlıq problemləri göz ardı edilə bilməz. Bol miqdarda tərəvəz yeməli və bütün həzm sisteminizi diqqətlə izləməlisiniz.

Meymun İlində doğulanlar, 2018 Sarı Dağ İti ilində dürüst, ədalətli və comərd olsalar mükafatlandırılacaqlar. Bu il boyunca, Meymunun müvəffəqiyyətli bir münasibət yaratma şansı var. Evli meymunların, yoldaşlarına duyacaqları sevgi əvvəllər olduğu qədər güclü olacaq. Kişi Meymunlar, ətraflarındakı cazibə sahələrinə girməmək üçün daha diqqətli olmalıdır. Meymun illərində doğulanlar bol miqdarda pula sahib olacaq, ancaq onları məhsuldar bir şəkildə necə idarə edəcəyini öyrənmələri lazım gələcək. Bəzən instinktiv alış - veriş mümkündür, ancaq bu, büdcənizə zərər verməniz mənasına gəlməz. Zövqlə və məhsuldar işə davam etsəniz, gəliriniz yenidən artacaq. Sağlamlıqla əlaqədar ciddi qayğılar olmayacaq, qolların, qıçların yaralanmalarına diqqət yetirin və təhlükəli macəralardan qaçının.

Xoruz İlində doğulan insanlar üçün 2018 Sarı İt ilinin xoşbəxtliyinin arxasında narahatlıq olacaq. Bu zodiak işarəsi il boyu ehtiras dolu olacaq. Bir çox Xoruz aşiq olacaq və həqiqi eşq hekayələrini yaşayacaqlar. Hər nə qədər xoşbəxtlik tapma şansları olsa da, Xoruzlar diqqətli davranmalıdırlar. Xoruz illərində doğulan insanlar, hər hansı bir vəziyyətə uyğunlaşmağı öyrənməli və maddi vəziyyətlərinin zərərə uğramasından qorxmamalılar. Müxtəliflik çox əhəmiyyətli bir xüsusdur və bu il bol fürsətlər gətirəcək. Həyatınızda etibarlı və rahat ola bilmək üçün söylədiklərinizə diqqət yetirməniz lazımdır.

Eyni işarə altında doğulanlar üçün 2018 Sarı Dağ İti İli ümumiyyətlə neytral olacaq. Romantik bir perspektivdən bu zodiak işarəsi bir çox dəyişiklik yaşayacaq. Evli İtlər daha diqqətli olmalıdırlar, əks təqdirdə evliliklərinin dağılması riski vardır. Asanlıqla aşiq ola bilərlər, ancaq duyğuları sürətlə yox ola bilər. İt insanları maliyyə baxımından çox yaxşı bir il keçirəcək. Professionalca inkişaf edəcəklər və nəticə olaraq ciblərində daha çox pul olacaq. Bir sözlə, haradasa istədikləri hər şeyi qarşılaya biləcək və instinktiv xərcləməyə gəlincə müdriklik göstərəcəklər. 2018 Sarı İt ilində çöldə bir az vaxt keçirməniz lazımdır, ancaq qəza riskini göz önünə alaraq, idman edərkən diqqətli olmalısınız.

Donuz İlində doğulanlar üçün, 2018 Dağ İti ilində yaxşı şans sizinlə olacaq. Sevgiylə əlaqədar mövzularda Donuzun qayğısı olmamalıdır. İlin başında bəzi dəyişikliklər olmasına baxmayaraq, bu zodiak işarəsinin xoşbəxtlik tapma şansı həqiqətən çox yüksəkdir. Donuz bir münasibət içindədirsə, bu il evliliklə sonlanma şansı çox yüksəkdir. Donuz ilində doğulan insanlar, professionalca müvəffəqiyyətli olmaq üçün çox güzəştə getməyə başlayacaq. Onların yolunda bir çox mane olacaq, ancaq inadla davam edərsə müvəffəqiyyətli olacaqlar. Onların əzminə görə, bank hesabları pulla dolu olacaq, ancaq məsuliyyətləri mükafatları qədər böyük olacaq. Siz yaxşı olacaqsınız və hərəkət üçün bol enerjiniz olacaq. Sağlamlıq baxımından diabet, uretrit, prostatit və miqrenə diqqət yetirin.

ILK-10 Azeri Website Directory Rambler's Top100
X

Saytımız xoşuna gəlir?

Dəstəyini Göstər. FANımız ol!