Oxatan


Oktyabr ayı üçün şərh...

Aylıq Bürclər | Gündəlik Bürclər | Bürc Uyumu | Ümumi Məlumat

5 - 24 Oktyabr aralığında Oxatanın idarəçisi Yupiter və Oxatanın cütlər evinin idarəçisi Merkuri Tərəzi bürcündə yaxınlaşacaq. Bu iki idarəçi planetin birlikdə olması əhəmiyyətli hadisələrin reallaşacağından xəbər verir. Yupiter - Merkuri cütlüyü Mars və Plutonla kvadrat, Uranla isə zidd bucaqlar meydana gətirəcək. Bu konfiqurasiya çox parlaq perspektiv nəzərdə tutmur, daha çox mübarizələr, zəruri dəyişmələr və ya hətta qarşıdurmalar qaçınılmaz olacaq. Yaxşı ki, Yupiter və Merkuri şanslı bir evdədir, beləliklə işlərin yaxşı sonlanması mümkündür və ya pis sonlansa belə bu "pis" sonun nəticədə sizin faydanıza olduğu ortaya çıxacaqdır. Ayın ikinci yarısı ilk yarısından daha xoşbəxt olacaq. Siz şanslı və məşhur olduğunuz bir dövrdən keçəcəksiniz. Oxatanın idarəçisi Yupiter Günəşlə birlikdə olacaq və Oxatanın karier evinin idarəçisi də sizin 11 - ci evinizdədir. Belə bir konfiqurasiya beyninizin möhtəşəm proyektlərlə dolu olduğu və eyni zamanda onları reallaşdırmaq üçün asanlıqla dəstəkçilər tapma şansınızın olduğu mənasına gəlir. Şübhəsiz Saturnun bürcünüzdə olmasının qarşılaşacağınız maneələrlə sıx əlaqəsi vardır. Lakin möhkəm çalışsanız, digərləri sizi dəstəkləmək üçün həyəcanlanacaq və siz arzu etdiyiniz istiqamətə doğru addımlar ata biləcəksiniz. İctimailəşmə və kollektiv tədbirlərə və ya proyektlərə qatılmanız sizin sosio - professional yüksəlişinizə fayda verə bilər. Oktyabr 2020 - də pul sizin üçün güclü bir motivasiya qaynağı olmaqla birlikdə, eyni zamanda stress qaynağı da olacaq. Maliyyə hədəfləriniz istiqamətində diqqətli olmalısınız. Oxatanların ümumi vəziyyəti daha əvvəlki aylara nəzərən sanki daha yaxşı olacaq. Gərginlik bir az daha dibə çökür, siz bir az daha çox istirahət edirsiniz, ətrafınızdakı atmosfer daha sülh məramlı, daha şən olacaq. Ümumiyyətlə hər hansı bir problem görünmür. Lakin Saturn hələ də sizin bürcünüzdədir, sağlamlığınıza diqqət yetirməli və bədəninizi gücləndirmək üçün lazım olan tədbirlərə səhlənkar yanaşmamalısınız.

Rambler's Top100
X

Saytımız xoşuna gəlir?

Dəstəyini Göstər. FANımız ol!