Aslan


Sentyabr ayı üçün şərh...

Aylıq Bürclər | Gündəlik Bürclər | Bürc Uyumu | Ümumi Məlumat

Ümumiyyətlə Sentyabr 2020 Avqustdan çox da fərqli olmayacaq. Yenə Aslanların eşq evində eyni Mars - Saturn cütlüyü meydan sulayacaq: şəhvət planeti olaraq da bilinən Mars və Aslanın cütlər evinin idarəçisi Saturn. Sentyabr 2020 hələ ehtiras dolu, lakin məşğul bir dövrdür və eşq bəzi şansları qiymətləndirmənizə bağlıdır. Lakin gərginlik, Mars Saturndan uzaqlaşdıqca yavaş - yavaş yox olacaq. Eyni zamanda eşq planeti Venera da mühiti şənləndirir və ünsiyyəti axıcı hala gətirir. Sentyabr 2020 boyunca eşqdəki şansınız daha sonra fərqinə varacağınız və ya sizi ortaq intellektual və ya ruhi maraq sahələriniz olan birinə istiqamətləndirən (yazılı və ya şifahi) sözlər vasitəsiylə gələcəkdir. Aslanın karier evinin idarəçisi Veneranın rahatlıqla Tərəzi bürcündə yerləşməsiylə Sentyabr 2020 Aslanlara iş mənasında hər hansı bir problem yaratmayacaq. Böyük hədəflərə yönəlmədən yolunuz bir şəkildə rahat olacaq və daha geniş baxımdan baxıldığında etdiyiniz işin nəticələrindən məmnun qalacaqsınız. Bir çox fürsət Ayın ikinci on günündə və son on günün əvvəlində ortaya çıxacaq. Müvəffəqiyyət xüsusilə zəka, ünsiyyət, satış və ticari fəaliyyətdə olan Aslanlar üçün daha çox səs gətirəcək. Bu çeviklik və ya əl itiliy tələb edən ticari fəaliyyətlərdə olan Aslanlar üçün də etibarlıdır. Maliyyə sahəsində, Sentyabr 2020 boyunca bəzi maneələrlə qarşılaşa bilərsiniz, çünki Merkuri Aslanın pul evində olacaq. Beləliklə büdcənizi yenidən nəzərdən keçirmək və haqq hesab çəkməyin tam zamanıdır. Fiziki vəziyyətiniz normal olacaq. Lakin mənəvi baxımından Sentyabr 2020 boyunca işləriniz mükəmməl olacaq, yüksəkdən uçacaqsınız. Sizin hər kəsə təsir edən optimizminiz, yumor anlayışınız olacaq və ətrafınızdakıları xoşbəxt edəcəksiniz. Lakin iki problem ortaya çıxa bilər. Birincisi təhlükəsiz seks vacibdir, çünki cinsi əlaqə bu ay xüsusilə təhlükəli ola bilər. İkincisi əgər qadınsınızsa və hamilə isəniz, riskə girməyin və çox diqqətli olun!

Rambler's Top100
X

Saytımız xoşuna gəlir?

Dəstəyini Göstər. FANımız ol!