Yengəc


Sentyabr ayı üçün şərh...

Aylıq Bürclər | Gündəlik Bürclər | Bürc Uyumu | Ümumi Məlumat

2020 Sentyabr ayı sevdiyiniz bir ay olacaq. Bürcünüzün təbiətindən doğan xoşbəxtlik sizin üçün qiymətli olan insanlar, xüsusilə eviniz və ailəniz üzərinə yayılacaq. Yengəcin 4 - cü evində yerləşmiş olan iki Xeyirxah planet - Venera və Yupiter - Yengəclərin eşq həyatını rahatlıq və məhrəmliklə saracaq. Sentyabr 2020 - nin ruh halı sülhə meylli olacaq, amma bunu boş dayanmaqla qarışdırmayın. Yengəcin cütlər evinin idarəçisi Mars iş, zərurətlər və məsuliyyətlərlə məşğul olacaq. O sizi və sevgilinizi işə yönəldəcək, lakin daha çox cütlərin səyləri evinizin dəyərini və rahatlığını artırmağa, uzun müddətli istifadəyə yararlı ev əşyalarının alınmasına və ya ailə zənginliyinizi artırmağa istiqamətli fəaliyyətlərə fokuslanacaq. Sentyabr 2020 boyunca Yengəclərin eşq həyatında ünsiyyətin rolu hər vaxtkından daha əhəmiyyətli olacaq. Yengəcin gündəlik məsuliyyətlər evində Mars və Saturnun olmasıyla, Sentyabr 2020 - də Yengəclərin işdən başlarını qaşıyacaq vaxtları olmayacaq. Vəzifələriniz hədsiz çox, təcili və ya çətin olacaq. Bəzi vəziyyətlərdə isə hər üçü bir yerdə olacaq. Lakin səyləriniz meyvə verməyə başlayır. Plan qurmaqda bacarıqlısınız, işlərinizin nəticələri görünür, səyləriniz yaxşı fokuslanmış, hərəkətləriniz tutarlıdır. Sizi hətta uzun müddətdən bəri hazırladığınız dəyişiklikləri etməniz üçün təşviq edirlər. Sentyabr 2020 boyunca əgər işləriniz daşınmaz əmlaka, əkinçiliyə, mədənçiliyə, memarlığa, inşaata, daxili tərtibata, ev əşyaları ticarətinə ya da tarix, genealogiya, folklora istiqamətli olsa xüsusilə müvəffəqiyyətli ola bilərsiniz. Maliyyə sahəsindəki qərarlarınızı yaxşıca düşünməlisiniz. Sentyabr 2020 boyunca, əvvəlki ayda olduğu kimi, səhhətinizi diqqətli müşahidə altında tutmalısınız. Kədərlənməyin, 27 Sentyabrda Mars 2020 - nin başından etibarən təhdid etdiyi Yengəcin sağlamlıq evini tərk edəcək. Bu tarixdən sonra sağlamlıq evinizdə hələ də Saturn qalır və diqqətli olmanız təklif edilir, lakin problemləriniz yüngülləşəcək. O zamana qədər özünüzü ifrata meylin, tələskənliyin və diqqətsizliyin gətirə biləcəyi xoşagəlməz hadisələrdən qoruyun, tibbi problemlərinizə nə qədər kiçik olsalar da onlara diqqət yetirin.

Rambler's Top100
X

Saytımız xoşuna gəlir?

Dəstəyini Göstər. FANımız ol!