Əkizlər


May ayı üçün şərh...

Aylıq Bürclər | Gündəlik Bürclər | Bürc Uyumu | Ümumi Məlumat

Vəziyyət xeyli qarışıqdır... Marsın retrograd hərəkətiylə və Saturnun Əkizlərin əlaqələr evində olmasıyla 2020 May ayı eşq mövzusunda işlər yaxşı getməyəcək. Əlaqələrdə çətinliklər ortaya çıxa bilər ya da sizə bağlı olmayan hadisələr səbəbiylə əlaqənizdə pis zamanlar yaşaya bilərsiniz. Ya da partneriniz çətinliklərlə qarşılaşa bilər. Lakin, işlər göründüyü qədər pis deyil. Sonunda problemlər bitəcək. Əkizlərin cütlər evinin idarəçisi Yupiter Günəşdən, eşq və harmoniya planeti Veneradan və Əkizlərin idarəçisi Merkuridən ciddi dəstək və güc alacaq və bu üçlüyün birliyi eşqdə yeni fürsətlər yaradacaq. Ayın sonuna doğru işlər daha da maraqlı hala gələcək, çünki 24 May 2020 - də Venera Əkizlər bürcünə girəcək. May 2020 ya da ayın heç olmasa ilk iyirmi günü yığışma, cücərmə və səhnə arxası fəaliyyətlər üçün uyğundur. İşlərinizdə nələrsə var və bu şeylər əhəmiyyət ifadə edəcək. Əsl şou 20 May 2020 - dən sonra, Günəş Əkizlər bürcünə girdiyi zaman başlayacaq. Lakin siz o tarixdən əvvəl də məmnun qalacağınız işlər görə bilərsiniz, daha gizli və daha xüsusi olmaq şərtiylə. Məsələn yaradıcılıq sahəsində böyük irəliləmələr qeyd oluna bilər, lakin həm də mal - mülk, ev və hətta maliyyə sahəsində də irəliləyə bilərsiniz. Bu rəhbərlik, mal-mülk, dekorasiya və yenidən dizayn kimi işlərə qoyulacaq sərmayələr baxımından müsbət bir dövrdür. Ailəniz əsl köməkçiniz ola bilər. Ən zəif halqanız əməkdaşlıq olacaq. Diqqətli olun! May 2020 - də siz formada olmayacaqsınız. Əkizlərin idarəçisi Merkuri, retrograd ucbatından zəifləyəcək və 12 - ci evinizdə çətin vəziyyətdə olacaq, Əkizlərin xəstəliklər evinin idarəçisi Mars isə narahatlıq verici mövqedə olacaq. Naməlum bəlalar ortaya çıxa bilər, bilinənlərsə sizi normaldan daha uzun müddət narahat edə bilər. Təcavüzkarlıq, yaralanma və qəza riski də vardır. Özünüzə yaxşı baxmalı, müalicə olunmalı və özünüzü təhlükəyə atmamalısınız.

Rambler's Top100
X

Saytımız xoşuna gəlir?

Dəstəyini Göstər. FANımız ol!