Oğlaq


Sentyabr ayı üçün şərh...

Aylıq Bürclər | Gündəlik Bürclər | Bürc Uyumu | Ümumi Məlumat

2020 Sentyabrın ortalarına yaxın Oğlağın cütlər evinin idarəçisi Ay həm də Oğlağın səyahət və ünsiyyət evindəki Neptuna yaxınlaşacaq və Oğlağın səyahət və ünsiyyət evinin idarəçisi Merkuri ilə (o eyni zamanda retrograt hərəkətindəykən) zidd bucaqlar əmələ gətirəcək. Buna görə baş qarışdırıcı, kompleks, çətin və sevgi ilə əlaqəli sahələrdə naməlum bir eşq həyatınız olacağını gözləyə bilərsiniz. Qərar vermək, özünüzü təqdim etmək, əhəmiyyətli müzakirələrə başlamaq və ya vəziyyəti açıqlığa qovuşdurmaq üçün uyğun bir zaman deyil. Əgər bunu sınamağa cəhd etsəniz, hər şeyi daha kompleksləşdirmə və ya həllsiz buraxma riski olacaqdır. Yaxşı ki, eşq planeti Venera çox yaxşı bir mövqedədir, buna görə də eşq qazanacaq. Şampan şərabı partlada bilərsiniz! Sentyabr 2020 - də Böyük Xeyirxah Yupiter ehtişamla Oğlağın karier evinə girəcək. Fürsətlər və müvəffəqiyyətlər ilinin başındasınız. Yupiterin karier evinizdə olmasıyla yeni üfüqlər açılacaq, inkişaf, yüksəlmə variantları, ictimai statusunuzu inkişaf etdirmə, prestijinizi və nüfuzunuzu artırma imkanları ortaya çıxacaq. Müvəffəqiyyətləriniz xarici ölkələrlə, qanunverənlərlə, mədəni və yüksək təhsil mühitiylə əlaqəli olacaq. Sentyabr 2020 professional olaraq Oğlaqlar üçün şanslı bir ay olacaq, çünki Oğlağın karier evində Yupiterle birlikdə Kiçik Xeyirxah olaraq tanınan Venera da olacaq. Əlaqələriniz və ictimailəşmə karierinizə fayda təmin edə bilər, ictimai imicinizi mükəmməlləşdirə bilər və rəsmi bir dəvətə qatılmanızı təmin edə bilər. Sentyabr 2020 - nin son on günü Oğlaqlara çox pul gətirə bilər. Oğlağın xəstəliklər evinin idarəçisi Merkuri retrograt hərəkət edəcək, Mars və Saturn da sizin 12 - ci evinizdə olacaq, buna görə immunitetiniz çox da yaxşı olmayacaq. Bədəninizin yaxşılaşma gücü zəifləyəcək, beləcə hər cür tibbi narahatlıq ortaya çıxa bilər. Daha çox istirahət etməli, sağlam və müntəzəm saatlarda qidalanmalı, vitamin qəbul etməli və özünüzə yaxşı baxmalısınız.

Rambler's Top100
X

Saytımız xoşuna gəlir?

Dəstəyini Göstər. FANımız ol!