Qoç


Dekabr ayı üçün şərh...

Aylıq Bürclər | Gündəlik Bürclər | Bürc Uyumu | Ümumi Məlumat

2020 Dekabr ayı sizin üçün könül işlərində gözəl olacaq. Qoçun cütlər evinin idarəçisi və eşq planeti Venera Dekabr ayının böyük bir hissəsində şanslı evdədir və Qoçun cütlər evində olan Böyük Xeyirxah Yupiterlə yaxşı əlaqələr içərisində olacaq. Qısacası məmnuniyyət verici hadisələr, əyləncə, məqsədə istiqamətli ortaq proyektlər və ümumiyyətlə çiçəklənən bir dövr gözləyə bilərsiniz. Birlikdə gəzintilər, dostların, başqa insanların və himayəçilərinizin iştirak etdiyi toplu fəaliyyətlər Qoçların eşq həyatı üzərində müsbət təsir yaradacaq. Dekabr 2020 eşq və cinsilik mövzusunda öz fəlsəfənizi inkişaf etdirmək, meydana gətirmək və ya araşdırmaq mövzusunda da maraqlı inkişaflar vəd edir. Dekabr 2020 boyunca Qoçlar professional həyatlarındakı fürsətlərdən məhrum olmayacaq. Kiçik Xeyirxah Venera, ilk həftəni Qoçun karier evində, ayın geri qalan qismini isə Qoçun dəstəkçilər və köməkçilər evində keçirəcək. Sırayla Qoçun karier evinin idarəçisi Saturn da parlaq Günəşlə görüşür. Siz həm də Qoçun idarəçisi Mars və Böyük Xeyirxah Yupiterin meydana gətirdiyi gözəl üçbucağın şanslı təsiri altında olacaqsınız. Lakin professional qərarlarınızı diqqətlə nəzərdən keçirməlisiniz, çünki Qoçun iş evinin idarəçisi Merkuri, Qoçun sosial status və karier evində 19 Dekabr 2020 - dən sonra retrograd hərəkətinə başlayacaq, bu da bu deməkdir: bəzi şeylər hər vaxt göründüyü kimi olmaya bilər. Məlumat, iş, ünsiyyət və medianın Qoçların professional müvəffəqiyyətləri üzərində böyük təsiri ola bilər. Daha köhnə planınızı yenidən gözdən keçirə bilərsiniz. Dekabr 2020, xüsusilə razılaşmalar, kooperasiya, sizə müvəffəqiyyət və pul gətirəcək olan kollektiv işlər üçün uyğundur. Qoçların fiziki vəziyyəti Dekabr ayı boyunca sanki yaxşıdır, lakin mühit çox stressli olacaq. Məcburiyyət, gərginlik və ifrata meyl sizə çətin zamanlar yaşada bilər. Köhnə bir xəstəlik yenidən ortaya çıxa bilər. Lakin Dekabr ayı sağlamlıqla və gigiyena ilə əlaqədar problemləri həll etmək və müayinələrə davam etmək üçün uyğundur. Əgər ağırlaşmalar olsa ikinci bir həkimin tövsiyəsinə müraciət etməli və yenidən tibbi təhlillərə davam etməlisiniz.

Rambler's Top100
X

Saytımız xoşuna gəlir?

Dəstəyini Göstər. FANımız ol!