At


İllər - 1918, 1930, 1942, 1954, 1966, 1978, 1990, 2002, 2014



At insanları məcburiyyətdən, təzyiqdən və zərurətlərdən nifrət edərlər. Çin Zodiakındakı azadlığına ən düşkün bürc Atdır. Qabiliyyətli və özünü idarə edə bilən bir insan olan At, həyatını sonuna qədər azad yaşamaq üçün, əlindən gələni edər. At insanı müstəqilliyini əldə edə bilmək üçün, erkən yaşlardan etibarən işə başlar. At insanları sirr tutmağı çox bacara bilməzlər. At ilində doğulan adam görünüşcə çox tez əsəbləşən, əsəblərini cilovlaya bilməyən bir xarakterdə görünsə də, çox adam tərəfindən sevilən bir yaradılışdadır. Bunları yaxşı tanıdıqca xoşa gələn tərəfləri tapılacaqdır. Başqalarının sevgisi və düşüncələri bu insanlar üçün həyati əhəmiyyət daşıyar. Davranışlarında xoş və nəzakətli görünən tərəflər vardır amma, birdən qızışıb hər yeri dağitmağı da mümkündür. Onlar üçün ən əhəmiyyətli mövzu azadlıqlarıdır. Eqoist bir davranışla başqalarının düşüncələrinə fikir vermədən öz istəklərini ön planda tutarlar. Simpatik olmaqlarına əlavə olaraq sirrli yanları ilə seçdikləri karierdə müvəffəqiyyətə çatarlar. At ilində doğulanlar tez və asanca aşiq olarlar. Eyni tezlik və asanlıqla da eşqlərini unudarlar. Nə edəcəkləri müəyyən olmadığından gərgin bir həyat yoldaşı sayılarlar. Yoldaşlarını tez və asanca dəyişdirmələrini də müşahidə etmək olar. At ilində doğulanlarin ən az razılaşacaqları insanlar siçan ilində doğulanlardir. Eyni şəkildə ilan və Dovşan ilində doğulanlar ilə dolanmaları çətindir. Ən uyğun birlikləri İt və Pələng ilində doğulanlar ilə olacaqdır.
Rambler's Top100
X

Saytımız xoşuna gəlir?

Dəstəyini Göstər. FANımız ol!