Öküz


İllər - 1925, 1937, 1949, 1961, 1973, 1985, 1997, 2009, 2021



Öküz insanının həyatında heç bir şey ortalama deyil. Hər şeyi "yaxşı" ya da "pis" olaraq təsnif edər. Hadisələri və təcrübələrini geniş perspektivdən ələ almağı və qiymətləndirməyi seçər. Həyatındakı sərhədləri təyin etmək və qəbul etmək Öküz insanın təməl ehtiyacları arasındadır. İnadçı və asan əsəbiləşən bir təbiəti vardır. Çin təqviminə görə Öküz ilində doğulan insanın çox səbirli biri olduğu bilinər. Eyni zamanda çox möhkəm və güclü bir iş templəri vardır. Bunlara bir qatır qədər inad və əzmli demək də doğru olar. Əgər, xoşlandıqları bir mövzu olsa bitab düşənə qədər çalışarlar. Bunların fəlsəfəsinə görə başqalarının əylənmək üçün gəldikləri dünyaya onlar çalışmaq üçün gəlmişlər! Bu insanların bəzi hadisələr qarşısında qeydsiz olmağına baxıb durğun zənn etmək səhvdir. Başqalarının fərq etməyəcəkləri qədər ağıllı və zəkalı kəslərdir. Həyatda hədəfə çatmaq üçün əvvəl etibarlı olmaq və sonra da çalışmaq lazım olduğuna inanarlar. Bu insanlar ehtiraslı və duyğulu sözlər istifadə edərək sevgilərini açıqlaya bilməzlər. Onlardan ehtiraslı eşq məktubları yazmaları gözlənilməməlidir. Bununla birlikdə qarşı cinsə qarşı böyük cazibədarlıq duymaları da mümkündür. Yenə də bu insanların ehtiraslarını asanca oyandırmaq mümkün deyil. İlk baxışda aşiq olmaları da gözlənilməməlidir. Bunlar, kişi və ya qadın həyatlarını paylaşdıqları kəslərə sadiq olarlar. İçlərində yoldaşını aldadan çox az adam çıxar. Öküz ilində doğulanlarin ən müvəffəqiyyətli əlaqə yaradacaqları insanlar Keçi / Qoyun ilində doğulanlardir. Bundan başqa Xoruz ilində doğulanlar ilə müvəffəqiyyətli əlaqələr qura bilərlər. İt və Pələng ilində doğulanlar ilə diqqətli birlik qurmalıdırlar.
ILK-10 Azeri Website Directory Rambler's Top100
X

Saytımız xoşuna gəlir?

Dəstəyini Göstər. FANımız ol!