Tərəzi bürclərinin yoldaşlar, ictimai qruplar, gələcəyə istiqamətli ümid və ideallar evində iki tutulmanın reallaşmasıyla (11 Fevralda Ay və 21 Avqustda Günəş) 2017-ci ildə müəyyən uzun vədəli proyektləri və gələcəkdə birlikdə addımlayacağınız insanları yenidən qiymətləndirməniz lazım olduğu açıqdır. 2017 Mart, Avqust və Sentyabr aylarında əlaqələriniz (növünə bağlı olmadan) çətin dövrdən keçə bilər, çünki romantik və ya professional olaraq bağlı olduğunuz kəslər daha çox azad hərəkət etmək istəyəcək. 10 Oktyabr 2017 - də Yupiter Tərəzinin pul evinə keçəcək və pul qazanma mövzusunda gözlənilməz yeni fürsətlər açaraq, yeni gəlir qaynaqları axtarışını sürətləndirəcək. Öyrənmə müddəti (xüsusilə düşüncə dəyişikliyi tələb edən) və ya potensial imtahanlar 2017-ci ildə daha çətin olacaq, lakin öyrənilən məlumat möhkəm olacaq və uzun vədədə faydanıza olacaq. 2017 May və Noyabr ayları bu baxımdan gözəl ola bilər. Ya imtahanları asanlıqla keçəcək və ya yeni bacarıqlarınızı və qazandığınız diplomları əlaqələndirən fürsətlər ortaya çıxacaq. İş həyatı və sağlamlıq diqqət yetirilməsi lazım gələn mövzulardır, həm də onlar fərdi həyatınız və iş əlaqələrini necə icra etdiyinizi anlamanız baxımından da əhəmiyyət ifadə edir.

Rambler's Top100
X

Saytımız xoşuna gəlir?

Dəstəyini Göstər. FANımız ol!