Qız bürcləri üçün 2017 ili maliyyə mübarizələriylə dolu bir il olacaq. Yeni borclanmalar yaşamadan köhnə borclarınızı ödəmək üçün professional sahədə inqilab etməli, fəaliyyətlərinizi yenidən tənzimləməlisiniz. Hətta ən məsuliyyət sahibi Qızlar belə təhlükəli şəkildə xərcləmə ehtiyacı içində olacaq. Xüsusilə Mart, Avqust və Sentyabrın ikinci yarısı bu meyldən uzaq dayanmaqda fayda vardır. Yalnız akademik işlər görən və ya imtahanlara hazırlanan Qızlar deyil, eyni zamanda başqalarıyla məlumat təcrübələrini paylaşan Qızlar üçün də 2017 uyğun bir ildir. Xüsusilə 2017 May və Noyabr aylarında ailə mühitiniz yaxşılaşacaq, təmir, daşınmaz əmlak alışı, valideynlərin sağlamlığı və ya əşyaların paylaşılması olsun uzun vədəli həllər tapılacaq. Eşqə gəlincə Qızlar xüsusilə Aprel və Avqustun ilk yarısında radikal və kəskin davranacaq ki, bu da sevdiklərini çaşdıracaq. Qabiliyyətlərinizi vurğulayan, bacarıqlarınızı ortaya çıxaran fəaliyyətlərə yönəlməniz daha yaxşıdır. Bu yolla özünüzə olan güvəniniz artacaq və yavaş yavaş öz üzərinizdəki hakimiyyətinizi geri qazandığınızı hiss edəcəksiniz.

Rambler's Top100
X

Saytımız xoşuna gəlir?

Dəstəyini Göstər. FANımız ol!