2017-ci ildə eşq mövzusunda xüsusilə Mart, Sentyabr sonu və Noyabr başları bəzi böhranlar olması mümkündür. Sizin azadlıq ehtiyacınız, sevgilinizi özündən çıxara bilər və həqiqətən dəyər verdiyiniz bir əlaqəni bitirə bilər. Əziz Qoç bürcləri, 2017-ci ildə ani reaksiya vermə qabiliyyətiniz və azadlıq ehtiyacınız maksimum ölçüdə artacaq. Buna görə diqqətli olmalısınız, çünki çox asanca həyatınızı xaosa çevirməniz mümkündür. 2017-ci il May və Noyabr ayında əgər səbirli olsanız uzun vədəli proyektlərdə müvəffəqiyyət qazana bilərsiniz. 2017 - nin sonuna yaxın, xüsusilə Dekabr ayında karierinizi araşdırmalı, yeni şeyləri necə tətbiq edəcəyinizi düşünməli və bir nəticəyə çatmalısınız. Ya da il boyu qarşıya qoyulan təkliflərin hansılarının diqqətə dəyər olduğunu hansılarınınsa olmadığını yaxşıca düşünməlisiniz. İl boyu qarşınıza çıxacaq imtahanlarda müvəffəqiyyətsiz olmamağa çalışın! Sağlamlıq baxımından 2017 problemsiz bir il olacaq. Siz yenə də siz olun, Merkuri retrograd hərəkət etdiyi zaman diqqətsiz olmayın. Sizin üçün həssas olan Merkuri retrogradları, Yanvarın ilk həftəsi, 10 Aprel - 3 May, 13 Avqust - 6 Sentyabr və 3 - 23 Dekabr dövrləri olacaqdır. Xroniki xəstəlikləriniz varsa, ya da xəstəlik ehtimalı ortaya çıxarsa 6 Sentyabrdan sonrakı dövr diaqnoz və müalicə üçün uyğundur.

Rambler's Top100
X

Saytımız xoşuna gəlir?

Dəstəyini Göstər. FANımız ol!