İsim analizi


Adınız:  


Köməkçi

Sizi başqalarından ayıran iki istiqamətiniz var. Taktika və insan əlaqələrində göstərdiyiniz ustalıq və bacarıq ilə öhdəsindən gələ bilməyəcəyiniz heç bir şey ola bilməz. Həyatınızdakı açar söz əməkdaşlıqdır. Uyğunsuzluq və mübahisəli mövzular sinir sisteminizə dərhal təsir edir. Buna görə başınıza belə bir şey gəldiyində, bütün gücünüzlə vəziyyəti düzəltməyə çalışırsınız. Zərif bir insansınız. Bunun yanında başqalarını da çox düşünür və qırmamağa çalışırsınız. Buna görə ətrafınızdan dostlarınız heç əskik olmur və heç yoldaş çətinliyi də çəkmirsiniz. Tale çarxının digər ədədlərindən daha mübariz bir ruha sahibsiniz. Ancaq həyatın gözəl zövqlərindən heç də məhrum qalmırsınız. 2 rəqəmi 'bütünləşdirici' rəqəmdir. Ruhunuzun birləşdirici gücünü alovlandırır, bir çox adamın axtarıb tapa bilmədiyi nemətləri ayağınıza gətirir. Xoşbəxtliyinizin təməl şərti isə uyğunlaşmadır. Etdiyiniz hər şeydə sanki bir sehr var. Çünki bir anlayışı ələ alıb onun içini doldurmaqda üstünüzə yoxdur. Başqalarının köməyə ehtiyacı olduğu vəziyyətlərdə dərhal ortaya çıxırsınız. Amma lazım olduğunda heç kimin köməyi olmadan da işinizi öz başınıza həll edirsiniz.

Rambler's Top100
X

Saytımız xoşuna gəlir?

Dəstəyini Göstər. FANımız ol!