Dolça


Oktyabr ayı üçün şərh...

Aylıq Bürclər | Gündəlik Bürclər | Bürc Uyumu | Ümumi Məlumat

Dolçanın cütlər evinin idarəçisi Günəş, Oktyabr 2020 - də əksəriyyətən Böyük Xeyirxah Yupiterlə və əyləncəli və maraqlı Merkuri ilə birlikdə olacaq. Ruhunuzun hələ gənc olduğunu və daha geniş sahələr, macəralar və təcrübələr dalınca qaçdığınızı hiss edəcəksiniz. Bu ay sevdiyiniz adamla birlikdə romantik səyahət, ruhani səfərlər və ya öz cinsiliyinizin yeni istiqamətlərini kəşf etmək üçün mükəmməl bir ay olacaq. Əgər eşq axtarırsınızsa, səyahət edərkən aşiq ola bilər, digər yarınızı ruhani - mədəni və ya yüksək təhsil müəssisələrində tapa bilər və ya uzaq məsafədən biriylə eşq yaşaya bilərsiniz. Oktyabr 2020 boyunca siz ictimai iyerarxiyada və ictimai mövqeyi etibarilə üst səviyyədə olan ağıllı kəslərin və ya xüsusi bacarıq və qabiliyyətləriylə digərlərindən üstün olan kəslərin marağına məzhər olacaqsınız. Havada payız ... və müvəffəqiyyət qoxusu var! Böyük Xeyirxah Yupiter Dolçanın idarəçisi Uranı dəstəkləyir və Dolçanın karier evlərində sırayla Veneranın, Günəşin və Merkurinin tranziti reallaşacaq. Qısaca hərəkət etmək üçün kafi qədər dəstəyiniz olacaq. Xariclə və ya uzaq məsafəli ortaqlıqlarla bağlı yeni fürsətlər doğulacaq, internetlə bağlı işləriniz çiçəklənəcək, qazanclı səyahətlər edəcəksiniz, imtahanlarda şanslı olacaqsınız və işləriniz veya araşdırmalarınız böyüyəcək. Siz hətta məqalənizi nəşr etdirə bilər və ya mədəni mühitinizdə özünüzü tanıda bilərsiniz. Siz həm də məşhursunuz. Maliyyə işlərinizdə, hesab kitabınızı təmiz, dürüst və realist qiymətləndirdiyiniz müddətcə müvəffəqiyyət qazanacaqsınız. Formadasınız və xeyli optimistsiniz. Lakin zehininiz çalxantılı olacaq, özünüzü narahat hiss edəcək və yuxu problemləri yaşayacaqsınız. Əgər asılılığınız varsa diqqətli olmalısınız asılılığınız arta bilər! Gizli təhlükələrdən, yoluxucu xəstəliklərdən və sürətə bağlı qəzalardan (gəzinti zamanı, avtomobil, velosiped və digər nəqliyyat vasitələrindən istifadə edərkən) uzaq durmalısınız.

Rambler's Top100
X

Saytımız xoşuna gəlir?

Dəstəyini Göstər. FANımız ol!