Əqrəb


Fevral ayı üçün şərh...

Aylıq Bürclər | Gündəlik Bürclər | Bürc Uyumu | Ümumi Məlumat

Fevral 2018 eşq və evlilik üçün mükəmməl bir aydır. Bütün ay boyu könül işləri üçün uyğundur, lakin son on səkkiz gün xüsusilə uyğun olacaq. Əqrəbin erotizm evinin idarəçisi Yupiter Əqrəb bürcündə olacaq və erotizm evinizdə də Eşq planeti və Əqrəbin cütlər evinin idarəçisi Venera olacaq. Bu ulduz mövqeyi böyük şəhvani güc gətirir və Əqrəblərə zövq və əyləncə, romantik təminatlar, şans və xoşbəxtlik vəd edir. Bu elə bir dövrdür ki, siz eşqinizi elan edəcək, aşiq olacaq, sevdiyiniz adamla birlikdə hərəkət edəcək və ya evlilik və hətta övlad sahibi olmağı belə düşünəcəksiniz. Cütlərin puluyla əlaqədar mövzular maksimum diqqət və incəliklə analiz edilməlidir. Əqrəbin idarəçisi Mars sizin pul evinizdə olacaq. Beləliklə Fevral 2018 pul mövzusunda təşəbbüs və hərəkət ayı olacaq, bu ayda daha çox qazanmaq, işinizi daha məhsuldar hala gətirmək, sərmayə qoymaq və ya müxtəlif şeylər alma ehtiyacı hiss edəcəksiniz. Əsasən pul gördüyünüz işlərdən gələcəkdir. Və bu az hesab ediləcək bir pul da deyil. Lakin, spekulyasiyalar, bəhslər və ya səy göstərmədən qazanc təmin etmək üçün göstərilən səylər itkiylə nəticələnəcək. Digər tərəfdən, ailənizin dəstəyini almanız da mümkündür. Günəş tutulması evlə, əşyalarla və ya uzun vədəli əşyalarla əlaqədar gözlənilməz hadisə və ya yenilənmə gətirə bilər. Son on səkkiz gün professional fürsətlər gətirəcək. Əqrəbdə olan Yupiter sizə hədsiz enerji təmin edir və əhvalınızı yüksəldir. Ümumi mənada Yupiter sizə dəstək verdiyi müddətcə (Noyabr 2018 - ə qədər) həddindən artıqlıqlara meylli olacaq və bu meyl Fevral ayında daha aşkar şəkildə görüləcəkdir. Əgər Fevral 2018 boyunca sağlamlıq problemləriylə məşğul olmaq məcburiyyətində qalacaqsınızsa, bu yalnız diqqətsizlik, diqqət əskikliyi və ya bacarıqsızlıq ucbatından olacaqdır. Böyük ehtimalla ay boyunca formanız yaxşı olacaq, hətta ikinci on gündən etibarən çox yaxşı olacaqdır.

ILK-10 Azeri Website Directory Rambler's Top100
X

Saytımız xoşuna gəlir?

Dəstəyini Göstər. FANımız ol!