Nərə balığı


Sevilən!

Mineral - Gröna Demir

Rəngi - Qırmızı

Soylu, görkəmli düşünməyi sevən. Həqiqi duyğularını saxlayan. Başqalarının özlərinə verdiyi ağrını unutmayan. Başqalarına romantik həllər təmin etməyi sevən. Liderlik duyğuları çox güclü. Azadlığını sevən. Bəzən qürurlu. Çox ağıllı, diribaş və hərəkətli. Uşaqlarına qarşı mühafizəkar. Tükənməz bir güc qaynağı və ruhi dərinlik. Çox möhkəm bir qorunma zirehi. Oxumağa maraqlı. Haqpərəst, yaxşı niyyətli bir idarəçi. Tündxasiyyət davranışların altında yumşaq və kövrək bir ürək. Ağrılarını, dərdlərini əsla göstərməyən. Psixoloji və fiziki çətinlikləri asanca təhlil edə bilmə qabiliyyəti. Başqa insanların üzərində güclü təsirlər yaradan. Gözlənilməz, hesabsız əsəb gərginliyi keçirən. Yaxşı ürəkli, həssas kəslər!Bu dövrdə dünyaya gələn insanların heyvanlar aləmindəki totemi nərə balığı, bitkilər aləmindəki totemi moruq və minerallar aləmindəki totemi isə, dəmir və grönadır. Uğurlu rəngi qırmızıdır. Qırmızı rəngli sərt bir daş olan gröna illər boyunca qiymətli bir bəzək daşı olaraq istifadə edilmişdir. Grönanın ürək və qanla əlaqəsi olduğuna inanılardı. Qədim zamanlarda gröna parçacıqlarından düzəldilmiş bir tilsim daşımanın, ürək narahatlıqlarına yaxşı təsir göstərdiyinə inanılardı. Nərə balığının minerallar aləmindəki ikinci totemi isə, dəmirdir. Dəmir, insanlığı texnologiya çağına daşıyan və çox fərqli sahələrdə fayda verən bir elementdir. Gündəlik həyatda dəmir qaçınılmaz bir ünsürdür. Nərə balığı insanı da mineral kimi müxtəlif və dəyişik görünüşlərdə ola bilər, amma asanca fərqinə varılan bəzi ortaq xüsusiyyətləri vardır. Bu insan gröna kimi, yaxşı ürəkli, həssas bir adam olaraq diqqəti çəkər. Əgər ürəyində daşıdığı yaxşı və dostca duyğulara qulaq assa, balanslı və xoşbəxt bir insan olar. Ürəyinin səsinə uyğun gəldiyi müddətcə, hissiyatlı və iti fikirlidir. Bəzən açıqca ortaya çıxan, bəzən də gizlidən gizliyə sürən, gələcəyi görmə və sezmə qabiliyyəti vardır. Bu qabiliyyətlə özünü və dostlarını gözləyən təhlükələri əvvəldən görə bilər. Nərə balığı bürcündən olan adam, iti fikri və hissiyatıyla elə sözlər söyləyər ki, söylədikləri, dostlarının ya da düşmənlərinin də ürəyinə işlər. Bu bürcün insanı yaxşı bir dost olduğu qədər, qorxulacaq bir düşmən də ola bilər. Aldadıldığına inansa, bütün gücüylə hərəkətə keçər və həqiqətən çox dağıdıcı ola bilər. Daxili tarazlığı yerində deyilsə, öz gücünə qarşı diqqətli olması lazımdır. Bu güc gözlənilməz, hesabsız bir şəkildə ortaya çıxa bilər və yaratdığı partlamalarla, hər kəsə ziyan vura bilər. Bu insanın dəmir totemindən gələn müəyyən bir sərtliyi, eyni zamanda həyatda qazandığı təcrübələrlə də sərtləşə bilmə meyli vardır. Bu səbəblə yaşadığı əlaqələri ürək və qanla əlaqələrini gücləndirər. Qarşılaşdığı insanlarda və işlərdə zaman zaman sıçramalı dəyişikliklər yaratmasına səbəb olar. Nərə balığının bitkilər dünyasındakı totemi gülçiçəklilər fəsiləsindən olan moruqdur. Bir çox xəstəliyə şəfa olan moruq, ləzzəti, rəngi və formasıyla da çox xoş bir giləmeyvədir. Nərə balığı insanının birlik içində gözə dəymə və sevilən adam ola bilmə xüsusiyyətləri bitki toteminin təsiriylə daha da güclənər. Digər insanlar onda gördükləri şən və zövqlü davranış səbəbiylə, daha yaxınlaşmaq istəyərlər, ancaq bu bürcün insanı hər vaxt göründüyü kimi olmaya da bilər. Nərə balığının ətrafa yaydığı təəssüratla, xarici görünüşünün altında gizlənən tam fərqlidir. Bu bürcün heyvanlar aləmindəki totemi, uzun ömürlü nərə balığıdır. Bu balıq, olduğu yerlərdə suverenlik qurmaq istəyən, şirin və duzlu sularda yaşaya bilən bir canlıdır. Nərə balığı insanı da olduğu hər yerdə suverenlik qurmaq istər. Təbii gücüylə bunu çətinlik çəkmədən bacarar. Sanki lider olaraq dünyaya gəlmişdir və enerjisi nizamlı axdığı müddətcə, haqpərəst, yaxşı niyyətli bir müdir ola bilər. Hissləri və irəlini görə bilmə qabiliyyətiylə, başqalarının problemlərini əvvəlcədən qavrayıb, təhlil etmək üçün əlindən gələni edər. İçində qaynayan güclər sayəsində hər vaxt təsirli və üstün bir vəziyyətdə olmağı bacarar. Həyatla uyğunlaşma təmin etdiyi müddətcə, içində tükənməz bir güc qaynağı və ruhi dərinlik yatar. Ancaq başqa insanlar üzərində suverenlik qurmaqdan zövq alan pis bir istiqaməti olduğunu da unutmamaq lazımdır. Nərə balığı insanı ruh sağlamlığını qoruya bildiyi zaman, bu cür problemlərdən də özünü asanlıqla uzaqlaşdırar. Nərə balığı insanı, Su samuru bürcündən olanlarla mükəmməl bir inteqrasiya olunma təmin edə biləcəkdir. Ən yaxşı razılaşdığı digər bürclər arasında Şahin və Bayquşlar vardır. Digər tərəfdən Qarğa və Maral ilə əlaqələri də inkişafa açıqdır.
ILK-10 Azeri Website Directory Rambler's Top100
X

Saytımız xoşuna gəlir?

Dəstəyini Göstər. FANımız ol!