Maral


Cazibədar!

Mineral - Əqiq

Rəngi - Bəyaz

Çox diribaş və ağıllı. Qoruma instinkti hədsiz inkişaf etmişdir. Gözəl olan hər şeyi sevən. Əlaqələrində fiziki görünüşə əhəmiyyət verən. Sənətkar şəxsiyyətli. Yeni fikirlərlə maraqlanan. Yeni dadlar, yeni yerlər görməyi sevən. Gülməyi sevən bir qəhqəhə maşını. Sevgi dolu bir ana-ata. Ən kiçik işdə belə gözəllik yarada bilən. Qalıcı əlaqələri olması lazım olan. Sevinməyi və sevinc duyğusuna çox əhəmiyyət verən. Macəraçı.Bu dövrdə dünyaya gələn insanların heyvanlar aləmindəki totemi maral, bitkilər aləmindəki totemi boymadərən çiçəyi və minerallar aləmindəki totemi isə, yosunlu əqiqdir. Uğurlu rəngləri, ağ və yaşıldır. Yosunlu əqiq, rəqqas olaraq bədənin sağlamlıq yoxlamalarında istifadə edilərdi. Bu daş eyni zamanda şəfa da verən bir xüsusiyyətə malikdir. Daşın içində incə bir bitki görünüşü olduğu üçün, mineral və bitki dünyalarını birləşdirdiyi və onu daşıyanların hər iki aləmi də daha yaxşı qavrayacağına inanılardı. Maral insanı istifadə etməyi və inkişaf etdirməyi öyrənsə, daşı kimi yaxşılaşdırıcı güclərə malikdir. Bu totemin insanı çox çalışmağa istəklidirsə, hər sahədə fövqəladə bacarıq göstərə bilər. Daşı kimi, ətrafındakı insanların gözünü və könülünü oxşayan təsirə malikdir. Ətrafındakı hər şeyin gözəllik daşımasını istər. Bu totemin insanları, daşları kimi bitki və mineral dünyasıyla ruhi əlaqə qura bilərlər. Həm minerallara həm bitkilərə yaxınlıq duyar və simvolları uyğun şəkildə birləşdirə bilər. Maral bürcünün bitki totemi olan boymadərən, gözəl görünüşlü, faydalı, çox rahat və məhsuldar bir bitkidir. Bu ot, yorğunluğun və həzmsizliyin müalicəsində çox yaxşıdır və eyni zamanda sinirləri gücləndirir. Sidikqovucu olaraq da istifadə edilə bilən bu bitki, saysız dərdin şəfasıdır. Maral bürcünün insanları da, boymadərən kimi çox istiqamətli, faydalı və yaşadıqları dünyaya sevinc, gözəllik saçmaq istəyən kəslərdir. Çox istiqamətli və hərəkətli iş templərinə rahatlıqla uyğunlaşa bilərlər. Ümumiyyətlə ətraflarını gücləndirici və dəstəkləyici enerjiləri vardır. İnsanları asanlıqla özünə çəkər və birlikdə olduqlarında onlara kömək olmağa çalışar. Dürüst, içdən əlaqədar, geniş əhatəli məlumatlarıyla hər kəsə həllər tapmağa çalışar. Maral bürcü tam mənasıyla bir insan dostudur və problem nə qədər böyük olursa olsun, yoldaşını ovudaraq, yenidən ürəkləndirmək üçün böyük səy göstərər. Maral insanının rəngi ağ və yaşıldır. Ağ, hər imkana və dəyişməyə açıq olan boşluğun və hələ formalaşmamış şeylərin rəngidir. Eyni ağ kimi, Maral insanı da içində saysız potensial daşıyar. Yaşıl isə, təbiətin yaxşılaşma və yenilənməsini ifadə edər. Bu yaşıl bəzən özünü bəyənmiş və hər vaxt haqlı çıxmaq istəyinin də ifadəsi ola bilər. Bu dövrdə doğulan insanların heyvan totemi maraldır. Marallar cütləşmə dövrü xaricində, sürülər ya da kiçik qruplar halında yaşar. Cütləşmə dövründə erkəklər öz başlarına hərəkət edər. Bir hərəm qurmaq yerinə, dişidən dişiyə gəzişər və o sırada birlikdə olduqları dişini qorumağa diqqət göstərərlər. Bəzən də bu səbəblə çətin döyüşlərə girişərlər. Maral insanı da totemi kimi, həssas, cazibədar, hərəkətli və oyanıqdır. Doğuşdan gələn hissləriylə, ətrafındakı insanların duyğularını asanca anlar. Öz iç dünyası çox dəyişən olduğu üçün, başqalarının yeni yeni yaşadığı duyğu qarışıqlıqlarını o daha əvvəldən yaşayıb, təcrübə qazanmışdır. Bu səbəblə bəzən insanları dinlərkən, diqqətini cəmləməkdə çətinlik çəkər, çünki izah edilənlərlə düşüncələri oradan oraya sıçramağa başlar və ağılından keçəni söyləmədən dayana bilməz. Maral bürcünə aid olan kəslər, ətraflarının hər vaxt gözəlliklərlə dolu olmasını istər. Gözəl mənzərəli yerlərdə olmaq, yaxşı və rahat bir evə sahib olmaq əhəmiyyətlidir. Ancaq gözəlliyin yalnız xarici görünüşcə deyil, özdə olduğunu da biləcək qədər duyğulu və hissiyatlıdır. Ağıllı, araşdırıcı və yaradıcı bir insan olduğu üçün, həm fiziki, həm də ruhi sahədə gündəlik, sıravi şeylərdən belə böyük gözəlliklər yarada bilər. Bu bürcün insanı hər bürcdən insanla asanca uyğunlaşa bilərlər. Qarğa, Su samuru, Şahin və Nərə balığı fərdləri ən yaxşı ünsiyyət və əlaqə yaratdığı insanlar arasında ilk sıralardadırlar. Bayquş fərdləriylə isə, mükəmməl bir inteqrasiya yaşayar.
ILK-10 Azeri Website Directory Rambler's Top100
X

Saytımız xoşuna gəlir?

Dəstəyini Göstər. FANımız ol!