İlan


Həssas!

Mineral - Mis

Rəngi - Narıncı

Ruhi səslərə qarşı həssas. Məşğul olduqları işdə müvəffəqiyyətli. Öz söylədiklərini mənimsədən. Əlaqə yaratdıqları şeyləri çevirmə qabiliyyəti. Tükənməz bir enerji. Yaxşılaşdırıcı güclərə sahib. Ətraflarına kömək etmə qabiliyyəti. Aydın bir şəxsiyyətə sahibdir. Çox sirrli. Ətrafa asanca uyğunlaşma təmin edən. Uşaqlarına səlahiyyət verməyi sevən, Öz özlərini dəyişdirə bilmə gücü. Gizli işlər çevirməyi sevən. Çox cazibədar. Fərqli bir şəxsiyyət!Bu dövrdə dünyaya gələn insanların heyvanlar dünyasındakı totemi ilan, bitkilər aləmindəki totemi qanqal və minerallar aləmindəki totemi isə, mis və malaxitdir. İnsanlar misi işləməyə başladıqlarından günümüzədək müxtəlif alətlərin və bəzək əşyalarının istehsalında istifadə etmişlər. Antik dövrlərdə, misin insan ruhunu və qanını təmizlədiyinə inanılardı. İlanların bəzək daşı olan malaxit isə, xüsusi güclər daşıyan və insanın ruhani səslər eşitməsinə kömək olan bir daş olaraq bilinərdi. Malaxitin hər cür enerjini, xüsusilə ruhani enerjini özümsəmə gücünü artırdığı deyilərdi. İlan insanı da mis kimi, olduğu mühitdə dəyişiklik yaratma xüsusiyyətinə malikdir. Özü çox uyğun olmadığı halda, içində olduğu vəziyyəti, istədiyi formaya salmağı bacarar. Tükənməz bir enerjisi və vəziyyətləri düzəltmə mövzusunda saysız düşüncələri vardır. Daxili tarazlığı yerindədirsə, bu düşüncələrin, qanunların təməlləri olduqca möhkəmdir və rahatca reallaşdırıla bilər. Bu bürcün insanı ümumiyyətlə ətrafındakı yüksək enerji axınlarının təsiri altında olduğu üçün, özünü təmizləmişsə, başqalarının problemlərini həll etməkdə də kömək ola bilər. Yaxşılaşdırıcı gücüylə digər insanların bədənlərinin və ruhlarının təmizlənilməsində iştirak edər. Məlumata susamış varlığıyla, ruhani mövzularda əldə etdiyi üstün məlumatları, yaxınlarına və ətrafına hər kəsin anlaya biləcəyi bir dillə izah edə bilər. İlanın malaxit kimi xüsusi bir gücü də vardır. Güc tarazlığı yerində olduğu zaman, ruhani səslərə qarşı çox həssasdır, ən incə enerji formalarını belə qəbul edə bilər. İlan bürcünün bitki dünyasındakı totemi qanqaldır. Həm qida həm də şəfalı ot olaraq istifadə edilə bilən bir bitkidir. Hər cür mühitdə yetişən bir bitki olan qanqal, xüsusilə beyin xəstəliklərində istifadə edilərdi. İlan insanı da bitkisi kimi, ruhani və romantik olaraq, inanılmaz yüksəkliklərə və dərinliklərə çata bilər. Bu xüsusiyyət, içindəki potensial qabiliyyət və bacarıqları inkişaf etdirib, faydalanmağı bacarmasına kömək olar. İlan insanı qanqaldan torpağa möhkəmcə bağlanmağı öyrənə bilər. Beləcə, içindən axıb keçən, enerji axınını doğru şəkildə istiqamətləndirə bilər. Daxili uyğunsuzluğa düşən İlan insanı, toteminin ən tikanlı, ən incidici nümayəndəsi də ola bilər. Bu cür vəziyyətlərdə, dar düşüncəli, həddindən artıq tənqidi, pis xasiyyətli, qısqanc, hiyləgər, dərhal qızışan bir insana çevrilər və özünə ən yaxın olan kəslərə belə böyük ağrılar verə bilər. Bu bürcün uğurlu rəngi narıncıdır. Batan Günəşin parlaq narıncısı olan bu rəng, təcrübəylə ya da təhsillə əldə edilən məlumatları istifadə etməyi bacaran, canlı və aydın insanın simvoludur. İlan bürcünün heyvanlar aləmindəki totemi də ilandır. İlan, onurğalıların ən köhnə, ən sirrli, ən şübhə edilən və ən səhv başa düşülən üzvüdür. Bu bürcün insanları da totemləri kimi, sirrli bir havaya bürünmə meylindədir. İlan insanının başqasına açılması üçün çox zaman lazımdır və açılsa belə, yenə də dərin duyğularını asanlıqla açıqlaya bilməz. Bu insan sirrli davranışları və aşılması çətin tikanlı zirehi səbəbiylə səhv başa düşülər, hətta bəzən də istənməz olar. Damarlarında axan həyat enerjisi elə güclüdür ki, çöldən dərin şəxsiyyətini fərqinə varmaq olduqca çətindir. Totemi kimi bu insan da ətrafındakı insanların və hadisələrin gerçəyini qavramağa yarayan bəzi hissiyat orqanlarına malikdir. Çox iti gözləri olan İlan insanı, bu gözlərlə həm öz, həm də digər insanların ruhlarını oxuya bilər. Ancaq narahat olduğu və enerji axını pozulduğu zaman bu qabiliyyətlərinin heç birini istifadə edə bilməz. İlan insanının ən yaxşı razılaşdığı bürclər Puma və Ağacdələndir. Vəhşi qaz və Boz ayı insanlarıyla da çox yaxşı razılaşar. Qunduz ilə mükəmməl bir inteqrasiya yaşayar.
Rambler's Top100
X

Saytımız xoşuna gəlir?

Dəstəyini Göstər. FANımız ol!