Qərb astrologiyasında evlər və mənaları

Çox qədimdən insanoğlu səmaya maraq və həyəcanla baxmış, orada reallaşan hadisələri anlamağa çalışmış, ulduzlara mənalar yükləmiş, onları yerləşmələrinə görə əşya və ya qəhrəmanlara bənzətmişdir. İnsanlıq tarixinin ən köhnə elmləri beləcə doğulmuşdur. Ulduzların yerləşmələri sonrakı nəsillər tərəfindən sistemləşdirilmiş və qeydlər tutulmuşdur. Riyaziyyatın inkişafıyla gün və ay tutulmaları təxminən olaraq hesablana bilmişdir.

Astrologiya Babildə ən yüksək zirvəsini yaşamışdır. Detallı ulduz xəritələri çıxarılmış və məlumatlar diqqətlə yazılıb araşdırılmışdır. Bugünkü astrolojik məlumatlarımızın böyük əksəriyyətini babillilərə, kəldanilərə və digər orta şərq xalqlarına borcluyuq.

Ulduz xəritəsi ümumiyyətlə on iki bərabər qisimə bölünmüş bir dairədir. Bu qisimlərə "Səmanın Evləri" adı verilir. Həyatımızın fərqli sahələrini və şəxsiyyətimizin fərqli istiqamətlərini əks etdirirlər. Planetlər kainatda gəzərkən bu bölgələrdən yəni evlərdən keçirlər. Bəzi evlər işimizi, bəziləri ailəmizi, bəziləri isə sağlamlığımızı təsir edir. Evlər sırasıyla həyatı, fərdi rifahı, zənginliyi, qan bağını, uşaqları, sağlamlığı, evliliyi və həyat müddətini, ölüm vəziyyətini və mirası, zəka və xarakteri, həyatdakı mövqelərinizi, yoldaşlıqlar və müvəffəqiyyətləri, düşmənləri və tərs taleyi təmsil edər. Doğum anımızda planetlərin evlərdəki mövqeyi bürcümüzü, şəxsiyyətimizi, zehni qabiiyyətimizi və digər xüsusiyyətlərimizi təyin edər. Hər evə tıqlayaraq daha çox məlumat əldə edə bilərsiniz.

10. Ev


Ulduz xəritəsini təpə nöqtəsi olan onuncu ev insanın müvəffəqiyyət dərəcəsini açıqlayır. Buna "şöhrət, qürur evi" də deyilir. Bir insanın cəmiyyətdə nə qədər yüksələcəyini, bacaracağı işləri bu ev açıqlayır. Bu evdəki uyğun planetlər insanın şöhrət qazanmasını təmin edər. Birinci ev kimi peşənizi və iş həyatınızdaki möhtərəmliyinizi təyin edir. Çalışqan, ciddi Saturn və onun bürcü Oğlaq tərəfindən idarə olunur.
Rambler's Top100
X

Saytımız xoşuna gəlir?

Dəstəyini Göstər. FANımız ol!