2016

monkey.png


Keçən İl Bu İl

2016 Qırmızı Meymun ilində Çin Bürcünüz Nələr vəd edir?

Bu il od elementli Meymun ili olduğu üçün Qırmızı Meymun ili deyə adlandırılmışdır. Od Meymunu vəya Qızıl Meymun ili deyə də adlandırıla bilər.

Atəş/Alov/Od Elementi

Siçan ilində doğulanlar üçün 2016 Qırmızı Meymun ili Eşq üçün çox yaxşı bir il olacaq. Uyğun ruh əkizinizi tapmaq üçün valideynlərinizlə, dostlarınızla məsləhətləşə bilərsiniz. Bu il sizin üçün işinizi dəyişdirmək istəsəniz bir müddət sıxlıqdan yorulsanız belə uyğun bir il olacaq. Əgər iş axtarırsınızsa, yeni məlumatlar və bacarıqlar əldə etməli və ya bu mövzuda araşdırma aparmalısınız. Təlaşlanmayın işinizdə problemlər yarandığı zaman hər vaxt sizə kömək edəcək insanlar tapılacaq. Bu il daşınmaz əmlak almanız üçün də uyğun bir zamandır. Hər hansı bir iddianı qazanma ehtimalınız yüksək olacaq. Çox təəssüf ki, eyni şeyi sağlamlığınız üçün söyləmək mümkün deyil. Böyrəklərinizə, ifrazat sisteminizə və qarın ağrılarınıza diqqət yetirin, həddindən artıq işinizə hərdənbir ara verin.

Öküz ilində doğulanlar üçün 2016 Qırmızı Meymun ili şou zamanıdır. İnsanlar öz işlərini icra etmək üçün sizin məlumat və köməyinizə ehtiyac duyacaqlar. Qabiliyyətinizi göstərmək üçün bir çox fürsət qarşınıza çıxa bilər. Hətta yeni, daha yaxşı iş imkanları da meydana gələ bilər. Pul sizi gözləyir, lakin bunun üçün zəkanızdan istifadə etməli və möhkəm çalışmalısınız. Bu il fürsətləri qaçırmamağa çalışın. Eşq mövzusunda bu il o qədər məhsuldar olmasa belə ictimai ətrafınızı genişlətməyə çalışın. Daha yaxşı eşq əlaqələri üçün zaman ayırmalısınız. Həzm sisteminizə və xüsusilə mədənizə diqqət yetirin. Daha çox gimnastika ilə məşğul olmanız bu il sağlamlığınız üçün faydalıdır. Diqqətsizlik səbəbiylə insanları təhqir edə bilərsiniz. Bunu etməməyə çalışın, çünki ilk başda zəfər sizin tərəfinizdə görünsə də sonra vəziyyət tərsinə çevrilə bilər.

Meymun kələkbaz bir heyvan olduğu üçün Pələng ilində doğulanların 2016 Meymun ilində meymundan da çox ağıllı olmaları lazım gələcək. Karierinizdə problemlər və rəqabətlə qarşılaşacaqsınız. Əgər müdrik olsanız, ağlınız və təcrübənizlə bunun öhdəsindən gələ bilər, çətin zamanlarınızda dostlarınızın köməyinə arxalana bilərsiniz. İşinizi dəyişdirmək Meymun ilində uyğun görünməməkdədir. Qarşınıza həll edə bilməyəcəyiniz çətinliklər çıxa bilər. Çox təəssüf ki, eşq mövzusunda da parlaq bir il olacağını deyə bilmirik. Sakit olmalı, sevgilinizlə problemlər dərinləşdiyi zaman daha yaşlı bir dostunuzdan aranızı düzəltməyi xahiş etməlisiniz. Sağlamlıq mövzusu da bu il çox yaxşı olmayacaqdır. Qəzalara, qaraciyər və tənəffüs problemlərinə diqqət yetirməlisiniz.

Dovşan ilində doğulanlar üçün 2016 Atəş Meymunu ili məşhurluq və sevimlilik vəd edir. Qırmızı meymun ilində insanlar sizi tapacaq və iş təklif edəcəklər. Yeni müdir və ya iş ortağınızla mükəmməl ortaq təcrübə yaşayacaqsınız. Əgər yeni bir iş yerindən yüksək mövqeli iş təklifi alsanız bu təklifi qaçırmamalısınız. Ad-sanınız yeni gəlir qapısı fürsəti yaratmanızı təmin edəcək, pul və şöhrət qazanacaqsınız, lakin əsas gəlir qaynağınız əvvəlki ildəki köhnə iş yeriniz olacaq. Əgər eşqi axtarırsınızsa 2016 Qırmızı Meymun ilində hərəkət etməlisiniz. Əgər evli isəniz və ya sevgiliniz varsa, eşqiniz dərinləşəcək, lakin evlilik xarici əlaqələrə diqqət yetirin. Üzünüzdə və ya başınızda yara izi buraxa biləcək qəzalara laqeyd yanaşmayın. Sinir sistemi, qaraciyər, qol və qıçlar da problem yarada bilər.

Əjdaha ilində doğulanlar üçün 2016 ili rifah, xoşbəxtlik və təsdiqləmə ilə işarələnilən bir il olacaq. Əjdaha təşkilat işini çox yaxşı bildiyi üçün karier baxımından hər hansı bir problem görünmür. Sadəcə bəzən hədsiz iş yükünüzü yüngülləşdirmək üçün işçiləriniz və ya ortaqlarınızdan kömək istəyə bilərsiniz. İş yerinizi dəyişdirmək Meymun ilində daha qazanclı olacaq. Atəş Meymunu ilində pul işləriniz yaxşı olacaq, gözlənilməyən gəlirləriniz də olacaq. Sərmayə qoyuluşu təşkil edə bilər və şöhrətinizə şöhrət qata bilərsiniz. Əgər təksinizsə bu il eşq əlaqələri üçün də uyğundur. Evli isəniz evinizdə xoşbəxtlik və rifahdan zövq alacaqsınız, xüsusilə də qış ayları boyunca. Lakin sağlamlıq baxımından baxsaq pəhrizə diqqət yetirməli, çox spirtli içki qəbul etməməlisiniz, çünki ürək-damar problemləri ortaya çıxa bilər. Ən yaxşısı siz müntəzəm məşq edib sağlamlığınızı zəmanət altına alın.

İlan ilində doğan kəslərin 2016da yaxşı şans vəziyyətini qaçırmamaları lazımdır. Karier baxımından kiçik problemlər nəzərdə tutulur. Azacıq daha çox çalışaraq məmnun qalacağınız nəticələrə çata bilərsiniz. İşinizdə yüksəlmə ehtimalınız varsa bunu rədd etməyin, çünki həm karier həm də pul baxımından qazanclı ola bilər. Sərmayə və gəliriniz stabil bir şəkildə artacaq. Maliyyə vəziyyətinizə nəzarət etmək üçün yaxşı bir məsləhətçi tapa bilsəniz daha çox da qazana bilərsiniz. Gənc ilanlar eşqlərini tapacaq, qadın ilanlarınsa bu il əlaqələrini evliliyə çevirmək üçün bir az sevgililərinə təzyiq göstərmələri lazım gələcək. Əgər kişisinizsə və ya evli isəniz çox yaxşı bir eşq əlaqəniz/evliliyiniz olacaq. Küskünlük vəziyyətlərinizi özünüz yoluna qoymalı, çox məşq edib əzələlərinizi incitməməlisiniz. Revmatoid artrit, çiyin, qol və qıç ağrılarına diqqət.

At ilində doğulanlar üçün 2016 Atəş Meymunu ili bəzi çətinliklərdən sonra irəliləyişlərin olacağı bir il olacaq. İş yükünüz və məsuliyyətiniz artacaq, və işinizdə göstərdiyiniz səylə birlikdə gəliriniz də artacaq. İş tapa bilmə ehtimalınız xeyli yüksək olacaq. Yeni işinizi qəbul etməlisiniz. 2016 Meymun ilində gəlirinizin artacağı nəzərdə tutulur. Əgər eşqi axtarırsınızsa onu tapma şansınız xeyli yüksək olacaq. Əgər evliysəniz o zaman sevgilinizlə daha çox zaman keçirməlisiniz. Fiziki baxımdan sizi yoracaq işlərə girməyin. Qırıq, çıxıqlarla nəticələnən qəza riskiniz olacaq. Bununla birlikdə tənəffüs etdiyiniz havanın keyfiyyətli olmağı çox əhəmiyyətlidir. Fürsətləri qaçırmamanız tövsiyə edilir.

Keçi (Qoyun) ilində doğulanlar 2016 Qırmızı Meymun ilində tənbəlliklərini atıb səhnəyə çıxacaqlar. Karierinizdə çox mühafizəkar olmamalı, müdriklik, məlumat və qabiliyyətlərinizi insanlarla paylaşmalısınız. Qabiliyyət və təcrübənizlə könüllərdə taxt quracaq və yaxşı təsirlərə sahib olacaqsınız. Lakin unutmayın gözləməklə pul qapınıza qədər gəlməyəcək, buna görə möhkəm çalışmalı və yaxşı insan əlaqələrinə fokuslanmalısınız. Eşq mövzusunda əgər qarşınızdakı adamın duyğu və düşüncələrinə əhəmiyyət versəniz, daha yaxşı bir eşq əlaqəniz ola bilər. Sevgilinizin sərhədlərini çox aşmağa çalışmayın. Sağlamlıq mövzusunda laqeydliyə yer yoxdur. Bol bol meyvə - tərəvəz yeməli və bütün həzm sisteminizə diqqət yetirməlisiniz.

Eyni işarə altında doğulan insanlar 2016 Qırmızı Atəş Meymunu ilində dürüst, ədalətli və comərd olsalar şansları pis olmayacaq. Bu il karier statusunuz dəyişməyəcək və işinizdə yüksələ bilməyəcəksiniz, hətta iş dəyişdirsəniz belə yeni rəqabət mühiti yaranacaq. Buna görə köhnə iş yerinizdə qalmanız təklif edilməkdədir. Ətrafınızdakı insanların hamısı bu dövrdə pul qazanma dərdində olduqları üçün, pul qazanma şansınız olduqca az olacaq. Borc verməməyə çalışın, Meymun illərində verilən borcların geri qayıtmağı uzun çəkir, buna görə sərmayə qoyuluşu zamanı tutumlu olun. Eşq mövzusunda sevgiliniz və siz fərqli düşüncədə olacaqsınız. Eşq axtarırsınızsa çox güclü rəqibləriniz olacaq, lakin Siçan, Əjdaha və ya Dovşan ilində doğulan insanlarla daha çox şansınız olacaq. Sağlamlıq mövzusunda çox ciddi narahatlıqlar olmayacaq, lakin qol, ayaq incimələrinə diqqət yetirin və təhlükəli macəralardan qaçının.

Xoruz ilində doğulanlarin 2016 Qırmızı Meymun ilində xoşbəxtliklərinin arxasında narahatlıqlar da olacaq. Karier mövzuları dəyişiklik ifadə edəcək və daha çox işləmək lazım gələcək. Lakin rəhbərlərinizin əmrlərini diqqətlə yerinə yetirdiyiniz müddətdə hər hansı bir problem olmayacaq. Pul mövzusunda o qədər də şanslı bir il sayılmaz. Əgər bəzi riskli və səhv sərmayələrə pul xərcləsəniz pulunuz asanlıqla əlinizdən çıxa bilər. Eşqlə əlaqədar mövzularda təzyiq hiss edəcəksiniz. Sevgiliniz və ya yoldaşınız son sözü söyləyən adam olacaq və sizin bəzi fəaliyyət və işlərinizi planlamağa çalışacaq. Hətta bəzi fikirlərinizə qarşı da gələ bilər. Həyatınızın etibarlı və rahat olması üçün nələr söylədiyinizə diqqət yetirməlisiniz.

İt ilində doğulanlar üçün 2016 Qırmızı Atəş Meymunu ili ümumiyyətlə yaxşı hesab olunmaqdadır. Karierdə hər şey sabit olacaq. Əgər möhkəm bir iş rejiminiz varsa daha gənc yoldaşlarınıza işinizin bir hissəsini həvalə etməlisiniz. İş dəyişdirmək istəyirsinizsə bunu etməlisiniz. Pul fürsətlərlə gələcəkdir. Fürsətləri qaçırmamanızda fayda vardır. Atəş meymunu ilində bir az daha romantik olsanız ideal yoldaşınızı tapa bilərsiniz. Ümumiyyətlə bu il küskünlükləri buraxıb işi barışla nəticələndirməli, əgər dikbaşlıqla inad etsəniz çox şey itirərsiniz. 2016 Qırmızı Meymun ilində açıq havada vaxt keçirməlisiniz, lakin idman edərkən diqqətli olun qəza riskiniz hər vaxt olacaq. Bu il yaxşı işləriniz mükafatlandırılacaq.

Donuz ilində doğulanlar üçün 2016 Od Meymunu ili şans sizə güləcək. Müsbət enerjiniz bol olacaq və hərəkət etməyə başlayacaqsınız. Karieriniz ümumi mənada yaxşı olacaq, işləriniz asanlaşacaq, təhsil, biliklərinizi artıracaq və digərlərinin kömək etdiyini görəcəksiniz. Lakin, ayıq olmalısınız, çünki işinizə göstərdiyiniz kiçik laqeydliklər belə şanınızı və karierinizdəki irəliləmənizi məhv edə bilər. Yeni iş təkliflərinə aldanmayın. Pul, siz kölgədə qalmağı bacara bilsəniz və təvazökarlıq göstərsəniz problem olmayacaq, lakin qürurlu və həyasız olsanız əsla pul qazanmayacaqsınız. 2016-cı ildə insanların sizinlə çox maraqlandığını görəcək və əgər eşq axtarırsınızsa bunun daha çox ictimailəşmədən keçdiyini görəcəksiniz. Sevgiliniz varsa ona daha çox zaman ayırın. Küskünlükləri irəlilətməyin və razılaşmağa çalışın. Sağlamlıq baxımından diabetə, prostat ağrıları və migrenə diqqət yetirin.

Rambler's Top100
X

Saytımız xoşuna gəlir?

Dəstəyini Göstər. FANımız ol!