2015

sheep.png


Keçən İl Bu İl

2015 Keçi/Qoyun İlində Çin Bürcünüz Nələr Göstərir?

Bu il ağac elementli Keçi ili olduğu üçün Yaşıl Keçi ili deyə adlandırılmışdır. Ayrıca bu il Qoyun adıyla da xatırlanmaqdadır.

Siçan ilində doğulanlar üçün başlanğıcda yavaş görünə bilər, amma Yaşıl Qoyun ili böyük bir irəliləyiş yaşayacaqları bir il olacaq. Karier və iş ilin ikinci yarısında daha yaxşı olacaq. Pul vəziyyəti bu il üçün bir az problemli və kompleks olacaq. Səbir eşq və əlaqələrdə müvəffəqiyyətin açarıdır. Siçanlar bir çox partnerlə yaxınlaşacaq, lakin özləri üçün uyğun adamı hələ tapa bilməyəcəklər. Sağlamlığınız mükəmməl olacaq. Həm evli həm subay siçanlar eşq əlaqələrində davakar davranış sərgiləyəcək, lakin bu əlaqələrinə zərər verməyəcək.

Bu ilin Öküz ilində doğulanlar üçün çətin bir il ola biləcəyi təxmin edilir. Amma inanılmaz iradə-güc və dayanıqlılıq sayəsində, bu ildən qazancla çıxacaqsınız. Maliyyə çətinlikləri qarşısında hazırlıqlı olmanız lazım gələ bilər. İlin başında Ev mülk alışı kimi bəzi işlər il sonunda pisləşən maddi vəziyyəti qurtara bilər. Eşq və ailə həyatı mükəmməl olacaq. Xərcləmə mövzusunda diqqətli olun. Sağlamlıq cəbhəsində bəzi gərginliklər ola bilər. Evli Öküzlər asanlıqla səhv anlamalara qurban gedə bilər, buna görə bir az daha tolerant olmanız lazım gələcək. Bu il bir çox partnerlə yaxınlaşacaqsınız, lakin sizin üçün doğru adam hələ ortalıqda deyil.

Pələng ilində doğulanlar üçün 2015in müsbət və xeyirli bir il olacağı təxmin edilir. Konsentrasiya və zehni dayanıqlılıq Qoyun İlində müvəffəqiyyətli olmaq üçün pələngə kömək olacaq. Eşq, xoşbəxtlik və rifah işin sevinclə yerinə yetirilməsi ilə həyatını dolduracaq. Mali vəziyyət çox pis olacaq, lakin bu eyni zamanda şans oyunlarında sürpriz də mənasını verməkdədir. Aşiq pələnglər bu il içində ehtimalla eşqi evliliklə taclandıracaqlar. Subay pələnglər ətraflarına bir az baxsalar uyğun adamı tapa bilərlər.

Dovşan ilində doğulanlar üçün 2015 Yaşıl qoyun ili üçün astroloji təxminlər xeyirli və müsbət bir il nəzərdə tutur. Bu Yaşıl qoyun ilində rast gələcəyiniz bütün mükəmməl fürsətlərdən faydalanın. Bu iş yerində yeni bir cəhd, iş dəyişdirmək və ya başlatmaq üçün yaxşı bir zamandır. Subay dovşanlar qarşı cinsdən olan yoldaşları arasında asanlıqla birini tapacaqlar. Bu il evli dovşanlar və partnerləri arasında bəzi problemlərin yaşanmağı mümkündür, lakin buna çox əhəmiyyət verməməli və diqqətinizi işinizə yönəltməlisiniz. Tarazlıq zəfərin açarıdır. Bu il sağlamlığınız çox da yaxşı vəziyyətdə olmayacaq, buna görə sağlamlığınıza diqqət yetirməniz lazım gələ bilər. Dovşan ilində doğulanlar üçün bu il pul qazanmaq problem olmayacaq.

Əjdaha ilində doğulanlar üçün 2015 ilinin cəsarət və ağılın zənginləşəcəyi bir il olacağı təxmin edilir. Bu bütün planlarınıza çatmaq üçün qarşıdurmalardan qaçınmanız və geri addım atmanız lazım olduğu bir il olacaq. Bəzən həyatınızda müxtəlif vəziyyətlərə yeni bir dünyagörüşü əldə etmək yerində olar. Bu il Əjdahalar pullarını möhkəm çalışaraq qazanacaq. Lakin diqqətli olmalı və çox da güvənmədiyiniz kəslərə borc pul verməməlisiniz. Evli əjdahalar üçün ailə həyatı daha şirin olacaq, subay əjdahalar üçünsə romantik həyat canlanacaq və uyğun adamı tapma şansları artacaq.

İlan ilində doğulan kəslər üçün 2015də bütün maneələri aşmanın və müvəffəqiyyətli olmanın mümkünlüyü təxmin edilir. Qoyun İlində ilan işarəsi altında doğulanlar üçün səyahət görünməkdədir. Aşiq ilanlar üçün eşq həyatı sabit vəziyyətdə olmayacaq, evli ilanlarınsa ailə həyatını sabit tutmaları üçün yoldaşlarına daha çox diqqət göstərmələri lazım olacaq,  əgər bunu etməzlərsə xəyanətə uğrama riskləri olacaq. Ailə həyatındakı gərginlik artarsa özünüzü sakit tutmağa çalışın. Qoyun ili ümumiyyətlə ilanlar üçün pul mövzuları üçün yaxşı sayılmaz. Karierdə də çətinliklər görünməkdədir. Lakin qabiliyyətlərinizə inanın və müvəffəqiyyət sizin olacaq.

At ilində doğulanlar üçün 2015 uyğun və təmin edici bir il olacaq. 2015 bəzi möhkəm iş və səyləriniz arzularınızın reallaşmasına kömək olacaq. Eşq ya da karierə gəlincə 2015 ili At ilində doğulan insanlar üçün yaxşı şans və taleh dolu bir il olacaq. Ehtiraslı olub, siz də gerçək eşqi qarşılaya bilərsiniz. Subay atlar ictimailəşərək ideal partnerler tapa bilərlər. Evli atlar yoldaşlarıyla daha sıx zaman keçirməli və eşqdən zövq almalıdırlar. Atlar üçün bu il karier və pul mövzuları da çox yaxşı olacaq. Sabit gəlirlə bərabər əlavə gəlir də mümkün görünür. Sağlamlıq mükəmməl olacaq, lakin şərabdan uzaq dayanmalı və xüsusilə təzyiqə diqqət yetirilməli.

Ümumiyyətlə Qoyun (Keçi) İli eyni işarə altında doğulan insanlar üçün xeyirli olacaq. Amma keçilər öz həyatları üzərində mənfi bir təsirə sahib ola bilər, bəzi problemlərlə qarşı-qarşıya ola bilər. Ağıllı düşünmə və diplomatiya ilə, mənfi hadisələr önlənə bilər. Bu eşq ya da karier olsun; yeni torpaqlara cəsarətlə açılmaq yerinə əlinizdə olanı qorumanız və böyütməniz lazım olduğunu düşünməlisiniz. Evli qoyunlar gündəlik küskünlüklərlə evlilik həyatına rəng qatacaq, subay qoyunlarsa ailə böyüklərinin də köməyiylə həyatlarının eşqini tapacaqlar. Lakin ailəvi problemlərdən qaçınmaq üçün kiçik detallara da diqqət yetirmək lazımdır. Maliyyə problemləri ortaya çıxa bilər, buna görə hər hansı bir sərmayə qoyduğunuz zaman diqqətli olun. Karierdə problem görünmür.

Meymun ilində doğulanlar üçün Çin zodyak 2015 təxminləri bu ilin quruluşçu və mükəmməl olacağını nəzərdə tutur. Karierinizdə promosiyalar artacaq. Eşq əlaqələrində xoşbəxt olacaq və romantik həyatınız mükəmməl şəkildə inkişaf edəcək. Mali problemlər olmayacaq, hətta sərhədsiz pul qazanma seçimlərinə sahib olacaqsınız. Buna baxmayaraq sağlamlığınıza diqqət yetirməniz lazım olacaq və kafi yuxu almanız və idman etdiyiniz müddətcə sağlamlıq problemləriniz həll ola bilər. Ümumiyyətlə bu il həyatınıza bütün istiqamətləriylə müsbət təsirə sahib olacaq.

Xoruz ilində doğulanlarin 2015 Yaşıl Ağac Qoyun İlində müvəffəqiyyətli ola bilməsi üçün sadəcə tək yola fokuslanmaları lazımdır. Bu il Xoruzların romantik həyatı çox da yaxşı olmayacaq. Subay xoruzlar bir neçə dəfə əlaqə yaşamaq istəyəcək, lakin hər dəfə xəyal qırıqlığı ilə üzləşəcəklər. Evli xoruzlar da yoldaşlarıyla gərəksiz döyüşəcəklər. 2015 ili pul və karier mənasında da çox şanslı sayılmaz. İş həyatına pul sərmayəsi itkiylə nəticələnə bilər. Əgər hədəflərinizə çatmaq istəyirsinizsə, ağılda dəqiq hədəflərinizin olması lazımdır. Sizin güvən və incəliyiniz köməyinizə gələcəkdir. Sağlamlıq baxımından da bu il çox ümidverici deyil, macəralar yaşayarkən diqqətli olmalı və gündəlik diyetlərinizi gecikdirməməlisiniz.

İt ilində doğulanlar üçün 2015 ili sevinc və xoşbəxtlik dolu bir il olacaq. Eşq və ailədəki xoşbəxtlik professional işlərə nisbətən daha çox əhəmiyyətli olacaq. Sizin təcrübə və hissləriniz doğru qərarlar vermənizdə sizə kömək olacaq. Subay İtlər üçün yeni insanlarla tanış olmaq mümkünsə də bu gerçək eşq olmayacaq. Davam edən əlaqəsi olan İtlər üçün bu il evlilik üçün uyğundur. Pul mövzusu bu il üçün uyğun görünsə də, eyni şeyi karier üçün söyləmək mümkün deyil. Sağlamlıq vəziyyəti də çox yaxşı olmayacaq, buna görə qəzalara qarşı diqqət yetirməniz lazımdır.

Donuz ilində doğulanlar üçün 2015 ili təxminləri xoşbəxt və sabit bir il nəzərdə tutur. Müvəffəqiyyətlə bütün problemləri aşmaq üçün lazımlı olan daxili gücə sahib olacaqsınız. İstər karier, iş və ya eşq olsun bütün mövzular donuzun qəti olaraq bütün döyüşləri qazanmasıyla sona çatacaq. Subay donuzlar gerçək eşqlərini tapacaq, bunun üçün ictimai mühitə qarışmaq və diqqət yetirmək kifayətdir. Aşiq donuzlar üçün bu il evlilik üçün uyğundur. Evli donuzlar isə tez-tez döyüşsələr də ünsiyyət kanallarının bağlamamalıdırlar, çünki tolerantlıq uyğun bir evlilik üçün lazım olan şərtdir. Pul, sağlamlıq və karier bu il donuz üçün problem olmayacaq.

Rambler's Top100
X

Saytımız xoşuna gəlir?

Dəstəyini Göstər. FANımız ol!