Doğum Numerologiyası

Mistik


Müşahidəçi bir təbiətə sahibsiniz. Hər şeyin ardındakı səbəbi axtarmağınız ən böyük xüsusiyyətiniz. Səthi heç bir şey sizi təmin etmir. Mistik mövzular, yeni və köhnə elm sahələri marağınızı çox cəlb edir. Eynilə bir həkim kimisiniz. Problemli insanlar axtardıqları dincliyi sizdə tapır. Sizin əlinizdə sanki sehrli bir güc var. Məsafəli rəftarınız sizi digər insanlardan ayırır. Ancaq həyatın dərinliklərinə enən kəslər sizi anlaya bilər, susqun dövrlərinizə bir məna verə bilər. Doğuşdan etibarlısınız sanki. Yeriniz nə olursa olsun daim hörmət görürsünüz. Fəlsəfi və mədəni mövzulara marağınız böyükdür. Musiqi, yazmaq ya da kəşflər yaradıcılığınızdan istifadə edəcəyiniz sahələrdir. Sizin üçün sənətkarların yaratdıqları əsərlərdən zövq almadan yaşamaq həyat deyil. Bəzən həyat sizin üçün bir xəyal qırıqlığı olsa da, daha öyrənəcəyiniz çox şey var. Ancaq fəlsəfi baxış bucağınız həyatın haradan qaynaqlandığını ortaya çıxaracaq qüdrətdə.

Rambler's Top100
X

Saytımız xoşuna gəlir?

Dəstəyini Göstər. FANımız ol!