Doğum Numerologiyası

Bənna


Həyat çarxınızın sayı kvadratı simvolizə edir. Bu, ədalət və bərabərlik deməkdir. Siz isə bu kvadratın ortasında dörd tərəfiniz bağlı olduğu üçün tərpənə bilmirsiniz. Yalnız yuxarıya doğru inkişaf edə bilərsiniz. Kvadrat həyatın bütün praktik istiqamətlərini təmsil edir. Həyat çarxına gələcəkdə olacaq yaxşı şeylərin təməli deyə də baxa bilərsiniz. Səbirli, təmkinli biri olduğunuz üçün işə hər an hazırsınız. Eynilə bir divar ustası kimi, vasitələriniz məntiq və üsuldur. Sadiq və etibarlı bir adamsınız. Ancaq mühafizəkarlıq sizi məhdudlaşdırır. Detallar isə, sizin bəzi səylərinizin nəticələnməsinə kölgə salır. Öz fikirlərinizi başqalarına zorla qəbul etdirməsəniz, irəliləməniz daha asan olacaq. Bir sənətkarın ya da memarın sizə anlayış olaraq təqdim etdiyi formanı bütün detallarıyla xəyalınızda canlandıra bilərsiniz. Bundan sonra da öz praktik yanaşmanızla proyekti kağıza üzərində hazırlaya bilərsiniz. Kimsə sizin üçün vəzifə və məsuliyyətlərindən qaçandır deyə bilməz. Çünki harada güvənə ehtiyac varsa, orada sizi tapırlar.

Rambler's Top100
X

Saytımız xoşuna gəlir?

Dəstəyini Göstər. FANımız ol!